Tanınmış azərbaycanlı JURNALİST evindən çıxarılır
Moskvada yaşayan və Dağlıq Qarabağ münaqişəsinə dair Rusiya mediasında hər zaman Azərbaycanın haqlı mövqelərini müdafiə, erməni yalanını ifşa edən jurnalist Fuad Abbasovun müəyyən problemləri yaranıb. Bunu Teleqraf.com-a Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyib. O bildirib ki, 2016-cı ildə Fuad Abbasov işdən çıxarılıb: “İndi isə bildiyimiz qədərilə, Moskvada yaşadığı evi kreditlə alıb. Krediti ödəyə bilmədiyi bəhanəsi ilə onu yaşadığı mənzildən çıxarırlar. Bəlkə də, artıq çıxarıblar”. Akif Nağı deyib ki, onların şəxsən jurnalist Fuad Abbasovla əlaqəsi yoxdur. Biz bu informasiyanı başqa kanallarla aldıq və dərhal onu ictimailəşdirmək istədik. Çünki bu, vacib məsələdir. Fuad Abbasov Moskvada daima erməni tərəfinin yalanlarını ifşa, televiziya kanallarında Azərbaycanın haqlı mövqeyini müdafiə edib”. QAT sədri bildirib ki, onlar bununla bağlı Rusiyada yaşayan zəngin azərbaycanlılara da müraciətlər ediblər. Lakin buna rəğmən, jurnalistin problemi həll edilməyib.