“EMİN Trampın qərargahında GÖRÜNDÜ, özüylə qara laklı qutu GƏTİRMİŞDİi...”

ABŞ-da bu günlərdə Rusiyanın 2016-cı il seçkilərinə müdaxiləsi və Tramp-Rusiya əlaqələrindən bəhs edən səs-küylü kitab çapdan çıxıb.

Virtualaz.org xəbər verir ki, Maykl İsikoffun və Devid Kornun müəllifi olduğu bu kitab “Rus ruleti: Putinin Amerikaya qarşı müharibəsinin gizli tərəfləri və Donald Trampın seçkiləri” ("Russian Roulette: The Inside Story of Putin's War on America and the Election of Donald Trump") adlanır. 

Kitab hələ rəflərə çıxmazdan əvvəl səs-küyə səbəb olub. Hərçənd nüfuzlu nəşrlər kitabı tənqid edib yazırlar ki, orada Rusiyanın seçkilərə müdaxiləsinə dair prinsipcə yeni hansısa məlumat, fakt yer almır. Bununla belə müəlliflər hadisələrin xronologiyasını sistemləşdiriblər, maksimum şahid ifadələrinə yer veriblər və qapalı mənbələrdən informasiyalar toplayıblar.

“New York Times”  kitabdan bəzi seçmələri dərc edir. (gazeta.ua) Bildirilir ki, biznesmen Donald Trampla Rusiya prezidenti Vladimir Putin arasında sövdələşmə hələ 2013-cü ilin noyabrında əldə edilmişdi. O vaxt “Dünya gözəli” müsabiqəsinin rəhbəri olan Donald Tramp Moskvaya uçdu. Məqsədi əslində Putinlə görüşüb Moskvada “Trump Tower” tikmək idi. Lakin kitabda deyilir ki, Putin başqa təbirə qatılmışdı və tıxacda ləngdiyi üçün Trampın görüşünə gələ bilmədi. Göydələnin tikintisi haqda razılaşmanı isə “Putinin inşaatçısı” kimi tanınan Araz Ağalarovla bağladı.

“Rusiyada biznes məsələsinə gələndə etibar ediləsi adam tapmaq çox çətindir. Bizim gözəl münasibətlərimiz olacaq”-Tramp Ağalarovun oğlu və “Crocus Group” şirkətinin vitse-prezidenti Eminə dedi.

Emin bu əhvalatda gözlənilmədən birinci plana çıxan yeni personaja çevrildi. Onu hətta Tramp və Manafortla (Pol Manafort) birlikdə üz qabığına çıxardılar. Amerikanın gələcək prezidenti Moskvada Putinlə görüşə bilmədiyi üçün çox məyus olmuşdu. “Biz deyə bilərik ki, Putin olub. Heç kim bilməz”-Tramp öz ətrafına bildirdi.

Bir neçə ay sonra Emin Trampın Nyu-Yorkdakı “Tramp Tower” qülləsindəki mənzil-qərargahında göründü. Qara laklı qutu gətirmişdi. Orada Putinin Trampa məktubu var idi. Məktubda nə yazılmışdı, bu indiyə qədər də sirrdir.

Sonradan Qərb Rusiyaya qarşı sanksiyalar tətbiq etdi və Trampın Moskvada qüllə tikmək planları baş tutmadı.

Kitabda yazılır ki, Trampın Rusiya ilə əlaqələrinin toxumu əslində daha əvvəl səpilmişdi. 2013-cü ilin iyulunda o, “Dünya gözəli” müsabiqəsində Araz və Emin Ağalarovla, habelə britaniyalı publisist Rob Qoldstounla görüşmüşdü. Tərəflər razılaşma əldə etmişdilər ki, növbəti yarışma Moskvada olsun.

Xəbər verildiyi kimi Rusiyanın seçkilərə müdaxiləsini araşdıran xüsusi prokuror Robert Müller artıq Emin Ağalarovun Trampa çatdırdığı həmin məktubu tələb edib. Trampın vəkilləri məktubun məzmunundan xəbərsiz olduqlarını deyirlər.






Fikirlər