“VƏHDƏT”dən hökumətə MÜRACİƏT -

Vəhdət Partiyası Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin, 31 mart Azərbaycanlıların Soyqrımının 100 illiyinin, görkəmli dövlət xadimi Heydər Əliyevin 95 illiyinin və Azərbaycan Respublikasında növbədənkənar prezident seçkisinin keçirilməsini nəzərə alaraq bir sıra təkliflər irəli sürüb.

Vəhdət Partiyasının sədri Tahir Kərimli Modern.az saytına açıqlamasında həmin təkliflər barədə məlumat verib.
Onun sözlərinə görə, Vəhdət Partiyası əhalinin rifah halının yaxşılaşdırılması, hökumətə etimadın artırılması, Cümhuriyyət qurucularının xatirəsinin əbədiləşdirilməsi, sosial mühitin, daxili sərmayə qoyuluşunun optimallaşdırılması, kapital axınının qarşısının alınması, ölkəmizdə humanizimin və milli barışığın təmin edilməsi məqsədilə Azərbaycan Respublikası ali dövlət və hökumət orqanlarına müraciət edib.  
Müraciətdə aşağıdakı təkliflər yer alıb:
1. Azərbaycanda 1 yanvar 2017-ci ilə qədər götürülmüş problemli kreditlərin 10.000 manata qədər hissəsi silinsin. Bu mümkün olmadıqda devalivasiyadan dəyən ziyanın dövlət, kommersiya bankları və vətəndaşlar arasında proporsional şəkildə bölünməsi təmin edilsin.

 2. Geniş əhatəli əfv və amnistiya aktı qəbul edilsin. 

3. Maliyyə amnistiyası qəbul edilsin. 
4. Cümhuriyyət qurucularının nəşi vətənə gətirilməklə möhtəşəm abidə, muzey və mavzoley,  habelə soyqırımı kompleksləri yaradılsın. 

5. Mənzil və iş şəraitinin yaxşılaşdırılması, inhisarçılığın və qiymət artımının qarşısının alınması, təhsil haqqını ödəmək qabiliyyəti olmayanlara dövlət yardımlarının edilməsi üçün müvafiq tədbirlər görülsün. 






Fikirlər