Bakıda ADAM ƏTİNDƏN DÖNƏR satılır? - QİDA Təhlükəsizliyi Agentliyindən AÇIQLAMA

Qida Təhlükəsizliyi Agentliyi bəzi KİV-lərdə insan ətindən dönər hazırlanması haqda yayılan məlumatlarla bağlı rəsmi bəyanat yayıb.

AzerTaym.az agentliyin saytına istinadən xəbər verir ki, bəyanatda qeyd olunur ki, Azərbaycan dövlətinin əhalinin ərzaq məhsulları ilə təminatı strategiyasında qida təhlükəsizliyi olduqca mühüm əhəmiyyət kəsb edir. Qida təhlükəsizliyi insan sağlamlığı, ətraf mühitin mühafizəsi sahəsində ciddi rol oynayır və milli genefondun qorunmasında, sağlam nəslin yetişdirilməsində əsas amillərdəndir.

"Ona görə də, dövlətimiz öz sosial-iqtisadi siyasətində qida təhlükəsizliyini daim diqqət mərkəzində saxlayır, əhalinin sağlam qida məhsulları ilə təmin edilməsi məsələsini ən önəmli tədbirlər sırasına daxil edir. Son zamanlar mətbuat orqanlarında müxtəlif növ qida məhsulları haqqında heç bir elmi mənbəyə, fakta, ciddi araşdırmaya söykənməyən, vətəndaşlar arasında birmənalı qarşılanmayanməsuliyyətsiz açıqlamaların verilməsi, yazıların paylaşılması geniş vüsət alıb.

Həminmateriallarda əhalinin çox istifadə etdiyi qida məhsullarından biri olan dönərin tərkibində mənşəyi məlum olmayan ətin olduğu iddia edilir. Təəssüf hissi ilə bildirmək istəyirik ki, faktlara əsaslanmayan bu tipli məsuliyyətsiz iddialar əhalidə təşviş və çaşqınlıq yaradır.

Özlərini istehlakçıların hüquqlarının müdafiəçisi adlandıran, sahibkarları yoxlamalar aparmaqla təhdid edən bəzi şəxslər verdikləri məsuliyyətsiz müsahibələrdə hətta dönərin ölü insan ətindən hazırlandığı haqqında cinayət xarakterli açıqlamalar verməkdən belə çəkinmirlər.

Qida Təhlükəsizliyi Agentliyi hüquq mühafizə orqanları ilə birgə əhali arasında çaşqınlıq və təşviş yaradanbu tip əsassız materialları yayan şəxslərinbarəsində qanunda nəzərdə tutulmuş qaydada ciddi tədbirlər görəcəyini bəyan edir”.






Fikirlər