RAFİQ HÜSEYNOVUN QIZI İMTAHAN VERƏCƏK - MƏŞHUR DİKTORUN AİLƏSİNDƏN YENİ XƏBƏRLƏR
Azərbaycanın xalq artisti, tanınmış diktor, mərhum Rafiq Hüseynov 2017-ci ilin 26 oktyabrında 71 yaşında dünyasını dəyişib. Bu, təkcə media aləmi-televiziya üçün deyil, bütün Azərbaycan xalqı üçün ağır itki idi. Diktor uzun müddət ağciyər xərçəngi, daha sonra isə bağırsaq problemi, ayaq şişləri və başqa xroniki fəsadlardan əziyyət çəkirdi. Bir neçə il ərzində Türkiyə və Azərbaycanda əməliyyat olunub. Onun dünyasını dəyişməsi diktora olan tamaşaçı sevgisini bir daha üzə çıxardı. Rafiq Hüseynovun xanımı Səbinə Hüseynova Modern.az-a onun yoxluğuna alışa bilmədiklərini dilə gətirib: Diktorun xanımının sözlərinə görə, qızı Leyli Rəssamlıq Akademiyasına daxil olmağa hazırlaşır: “Rafiq Hüseynov həmişə qızımız Leylini rəssam görmək arzusunda idi. Atasının rəssam dostları da çox idi. İlk gündən Leylidə rəssamlığa marağın alındığını görəndə çox sevinmişdi. Zaman keçdikcə, Leylinin rəsm sahəsində uğurları çoxaldı. Amma deyə bilmərəm ki, Leyli atası kimi diktor olacaq. Bunu zaman göstərər. Leyli sırf yaradıcı qızdır. Yaxşı yazmaq bacarığı var. Qələmi pis deyil. Qızım 4 yaşından rəsmlə məşğuldur. Rəssamlıq Akademiyasına qəbul olunmağa hazırlaşır. Demək olar ki, çox ciddi məşğuldur. Hazırda Leylinin 16 yaşı var və 11-ci sinifdə oxuyur”. Rafiq Hüseynovun dostları barədə danışan Səbinə xanım onların ailə ilə indi də əlaqə saxladığını deyir. Səbinə Hüseynova yeni mənzillərinə köçmək ərəfəsində olduqlarını da söyləyib. “Hazırda heç bir yerdə çalışmıram. Çünki Leyli ali məktəbə qəbul olunmaq mərhələsindədir. Ona dəstək olmağa çalışıram. Digər tərəfdən, prezidentin Rafiq Hüseynova sağlığında bağışladığı evə köçməyə hazırlaşırıq. Ümid edirəm ki, Rafiqin dostları onun mənzilində da bir yerə yığışacaqlar”.
Mərhumun ölümündən (26 oktyabr 2017-ci il) xeyli vaxt ötür.
“Rafiq müəllimin yoxluğu bizi çox incidir. O, hər an bizim yaddaşımızdadır. Onun hər kəlməsi, hər sözü evimizdə müzakirə olunur. Onun haqqında danışmaq mənə çox çətindir. Adətən qız uşaqları atalarına çox bağlı olur. Danışdıqca kövrəlirəm. Hansısa rəsm əsəri yaxşı alınanda Leyli o dəqiqə deyir ki, “heyf, papa bunu görmədi”.
“Rafiq müəllim dünyasını dəyişəndən sonra dostları bizimlə əlaqə saxlayır. Deyə bilərəm ki, bizə mənəvi dəstək göstərənlər çoxdur. Hər şey normaldır. Gündəlik təmasda olmasaq ki, bizə dəstəkdirlər”.