NAZİRLİYİN QURĞULARI “AZƏRSU”ya verildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balanasında olan modul tipli sutəmizləyici qurğular martın 1-dən “Azərsu” ASC-nin balansına verilib.

Bu barədə Modern.az-a danışan qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, Azərbaycan rayonlarında olan 460 ədəd modul tipli sutəmizləyici qurğu vasitəsilə 481 kəndə xidmət göstərilir:

Həmin kəndlərin təxminən 690 min əhalisi var”.

A.Cəbrayıllı bildirib ki, təmsil etdiyi qurum tərəfindən həmin kəndlərdən supulu yığılmır:

Ümumi istifadə üçün bulaqlar qoyulub. Elektrik enerjisi xərcləri dövlət hesabına ayrılan vəsait hesabına ödənilir”.






Fikirlər