Hüseynqulu Bağırov Azərbaycan HİDROMETROLOGİYAsını NECƏ CANLANDIRDI?! - ÖZƏL

Картинки по запросу Ekologiya nazirliyi

Bu vacib və strateji sahə ölkəmizdə yeni çiçəklənmə dövrünə qədəm qoyub!

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) öz uğurlu fəaliyyəti ilə mətbuatın və ictimaiyyətin daim yaxşı mənada diqqət mərkəzində olan, gördüyü işlər təqdirlə qarşılanan qurumlardan biridir.

Azərbaycan Respublikası ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü təbii sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası, hidrometeoroloji proseslərin müşahidəsi və proqnozlaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi fəaliyyət göstərən bu nazirlik ilbəil yeni nailiyyətlərə imza atmaqdadır.

Bu sırada xüsusilə nazirliyin Milli Hidrometeorologiya Departamentinin son vaxtlarda qazandığı uğurları qeyd etmək lazımdır. Adıçəkilən departament ölkə ərazisində, o cümlədən Xəzər dənizinin Azərbaycana aid bölməsində hidrometeoroloji şərait və iqlim xüsusiyyətləri üzərində müşahidələr aparan, onların təhlilini və proqnozlaşdırılmasını həyata keçirən, bu sahədə milli və beynəlxalq tələbatın ödənilməsi üçün hidrometeoroloji xidmətləri həyata keçirir.  

Похожее изображение

Departamentdə həyata keçirilən islahatlar olduqca strateji bir sahə üzrə öz bəhrəsini verməkdədir. Bunu ötən il qazanılan uğurlara dair bir neçə kiçik nümunə də təsdiqləyir. Belə ki, hidrometeoroloji müşahidə sisteminin avtomatlaşdırılması və modernləşdirilməsi işləri davam etdirilib, Fransa və Finlandiya şirkətləri ilə bağlanmış müqavilələr çərçivəsində müasir tələblərə cavab verən məlumatların təhlükəsiz saxlanması və idarə olunmasına imkan verən iqlim məlumatların yığılması, ötürülməsi və emalı üçün müasir telekommunikasiya sistemi və 30 ədəd avtomat meteoroloji stansiya alınaraq qurulub və hazırda ölkə ərazisində fəaliyyət göstərən 69 avtomat meteostansiyaların hamısı günəş panelləri hesabına alternativ enerji ilə təchiz olunub. Bununla da hidrometeorologiyanın avtomatlaşdırma səviyyəsi 100 faizə çatdırılıb.

Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə həyata keçirilən, qısa zamanda geniş əraziləri əhatə etmiş və effektiv nəticələr verən “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması proqramı üzrə fəaliyyət davam etdirilib. 2016-cı ildə 60 mindən çox əhalisi olan 54 yaşayış məntəqəsində sutəmizləyici qurğuların quraşdırılması işləri başa çatdırılıb və 874 ədəd su paylayıcı məntəqə (bulaq) tikilərək əhalinin istifadəsinə verilib. Bununla da regionlarda modul tipli sutəmizləyici qurğuların quraşdırılması hesabına 384 yaşayış məntəqəsində keyfiyyətli içməli su ilə təmin edilmiş əhalinin sayı 650 mini keçmiş olur.

Təcrübə göstərib ki, yaşayış məntəqələrinin qısa müddətə təmiz su ilə təmin edilməsi kimi müasir yanaşma uğurlu olub və ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb. Proqramla əhatə olunmamış digər yaşayış məntəqələrində də sutəmizləyici qurğuların quraşdırılması barədə İcra Hakimiyyəti və yerli idarəetmə orqanları, əsasən də əhalidən çoxsaylı müraciətlər daxil olur.

Hazırda həmin müraciətlərin müsbət nəticələndirilməsi istiqamətində səylər uğurla davam etdirilir.

Şübhəsiz, yuxarıda sadalananlar (hansı ki, bunlar görülən işlərin sadəcə kiçik bir hissəsidir) nazir Hüseynqulu Bağırovun Milli Hidrmeteorologiya Departamentində həyata keçirdiyi düşünülmüş, doğru hesablanmış islahatların məntiqi sonluğudur.Departamentə Əkbər Həsənovun direktor təyin edilməsi də təqdir olunmalıdır.Yeni rəhbərlik, hörmətli nazirin tapşırıq və tövsiyələrini layiqincə yerinə yetirməklə qurumun imza atdığı nailiyyətlərin gerçəkləşməsinə öz töhvəsini verməkdədir.

Ölkə ərazisində hidrometeoroloji müşahidələrin təşkili, aparılması, proqnozlar və xəbərdarlıqların hazırlanması, o cümlədən respublikamızın hidrometeoroloji rejiminin və iqlim xüsususiyyətlərinin öyrənilməsi kimi məsələlərin yüksək səviyyədə həllinə xüsusi əhəmiyyət verən nazir Hüseynqulu Bağırov, məhz bu səbəbdən Milli Hidrometereologiya Departamentinin fəaliyyətinin həm kadr potensialının artırılması, həm də müasir texnoloji yeniliklərin tətbiqi baxımından gücləndirilməsini mühüm hədəf kimi qarşıya qoyub və qısa müddətdə bu hədəfə nail olub. Nəticədə hazırda Departamentin işində peşəkarlıq və şəffaflıq danılmaz reallığa çevrilib.

Onu da xüsusi olaraq qeyd etməyi lazım bilirik ki, Hüseynqulu müəllim həmişə hidrometeorologiya sahəsində yeni texnologiyaların tətbiqinə xüsusi əhəmiyyət verib və bunun ölkəmizdə hidrometeorologiya xidmətinin səviyyəsinin daha da yüksəlməsinə xidmət edəcəyinə inanır.

Və son illərdə Milli Hidrometereologiya Departamentinin fəaliyyətində müsbət dönüşün parlaq şəkildə əməli işdə ifadə olunması, cənab nazirin həmin inamında yanılmadığını sübut edir.

Hidrometeorologiya olduqca vacib, məsuliyyətli, eyni zamanda strateji bir sahədir. Sevindirici haldır ki, ekologiya və təbii sərvətlər nazirliyinin məqsədyönlü şəkildə həyata keçirdiyi tədbirlər nəticəsində artıq bu sahə özünün yeni çiçəklənmə dövrünü yaşayır. Hazırda Azərbaycanda hidrometeorologiya sisteminin müasir dünya standartlarına cavab verə biləcək səviyyədə qurulduğunu əminliklə, yüksək səslə söyləmək mümkündür.

Sevindirici halıdır ki, artıq biz milli hidrometeorologiyamızın tarixində parlaq səhifənin açıldığını və onun daha böyük nailiyyətlərə doğru inamla irəlilədiyini görürük. Eyni fikirləri yalnız ölkə ictimaiyyətinin deyil, artıq xarici mütəxəssislərin də dilindən eşitmək isə başqa bir qürurverici məqamdır.

Sonda isə onu deyək ki, Hüseynqulu müəllimin birbaşa nəzarəti altında hidrometeorologiya müəssisələrinin istər kadr potensialı, istərsə də texniki-təchizat baxımından yenilənməsi qarşıdakı dövrdə növbəti nəhəng böyük uğurların qazanılacağına qətiyyən şübhə yeri qoymur!

Azər Abdul.






Fikirlər