Ətraf mühitin mühafizəsi və ekoloji vəziyyət tam nəzarət altındadır!

Ətraf mühitin mühafizəsi və ekoloji vəziyyət tam nəzarət altındadır!Ətraf mühitin mühafizəsi və ekoloji vəziyyət tam nəzarət altındadır!











Bu gün bəşəriyyət özünün mövcudluğunu təhdid edən bir çox qlobal problemlərlə üz-üzə durmuşdur.

Texnoinkişafın getdikcə daha da sürətlənməsi və bu zəmində yaranan texnogen tullantıların utilizasiyası problemi, nüvə silahlarına sahiblənmiş superdövlətlərin dünyanın təbii resursları üzərində nəzrəti ələ almaq iddiaları, silah istehsalıçıları tərəfindən daima qızışdırılan milli-etnik və dini zəmində regional münaqişələr – insan nəslinin varlığını və gələcəyini təhlükə altına alan bu kimi amilləri hələ çox saymaq olar. Digər tərəfdən isə sadalanan problemlərdən əksəriyyəti dünya dövlətlərinin maraq ziddiyyətləri əsasında formalaşırsa, onlardan az bir qismi əksinə, həlli yollarının tapılması üçün məhz əməkdaşlıq, birgə fəaliyyət tələb edir. Və əlbəttə ki, dünya dövlətlərini qarşılıqlı əməkdaşlığa sövq edən problemlərdən danışarkən, ilk növbədə artıq çoxdan qlobal xarakter almış ekoloji problemlər önə çıxır. Məhz ekoloji problemlər bir və ya bir neçə ölkə daxilində həyata keçiriləcək tədbirlərlə həll oluna bilməyəcəyi kimi, eyni zamanda da müəyyən dövlətlərin bu proseslərdən kənarda qala bilmə imkanını istisna edir. Başqa sözlə desək, ekoloji problemləri məhz qlobal edən də onların sadəcə bütün planet üçün təhlükə yaratmaları deyil, həm də bu problemlərin həlli üçün bütün dünya dövlətlərinin, bütün insanlığın birgə səy göstərmələri zərurətidir. Bu isə əlbəttə ki, ilk növbədə ayrı-ayrılıqda götürülmüş hər bir ölkə daxilində bu sahədə məqsədyönlü fəaliyyət göstərilməsini tələb edir.

Bu gün Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilmiş Azərbaycanın da bu region daxilində ekoloji təhlükəsizliyin təmin olunmasında rolu və məsuliyyəti olduqca böyükdür. Məlum olduğu kimi Azərbaycan zəngin yerüstü və yeraltı təbii sərvətlərə və eyni zamanda da inkişaf etmiş sənaye sahələrinə malik olan bir dövlətdir. Lakin ölkəmizin məhz sənayə sahəsinin formalaşması və inkişafı uzun illərdən bəri imperiya üsul-idarəsinin nəzarətində həyata keçirildiyindən, bütün bu müddət ərzində yaranan bir çox ekoloji problemlər də öz həllini tapmamışdır. Yalnız Azərbaycan öz mütəqilliyini əldə etdikdən sonra mövcud ekoloji problemlərin həlli istiqamətində əhəmiyyətli və irimiqyaslı dövlət tədbirləri həyata keçirilməyə başlanmışdır.
Bu gün su hövzələrinin, o cümlədən Xəzər dənizinin məişət və sənaye sularının tullantıları ilə çirkləndirilməsi, Xəzər dənizinin səviyyəsinin dəyişməsi ilə əlaqədar vurulan ziyanlar, atmosfer havasına zərərli qazların yol verilən normadan artıq atılması, biomüxtəlifliyin azalması, torpaqların eroziyaya uğraması və şoranlaşması, sənaye və məişət tullantılarının utilizasiyası və bir çox digər problemlərin həlli məqsədilə müxtəlif layihələr həyata keçirilməkdədir.

Bu layihələrin reallaşdırılması isə bilavasitə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyəti ilə bağlıdır.

Ətraf mühitin mühafizəsi və ekoloji vəziyyət tam nəzarət altındadır!Ətraf mühitin mühafizəsi və ekoloji vəziyyət tam nəzarət altındadır!








Arayış:

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN)Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 23 may tarixli 485 nömrəli Fərmanı ilə yaradılmışdır. Nazirlik - Azərbaycan Respublikası ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü təbii sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası, hidrometeoroloji proseslərin müşahidəsi və proqnozlaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.Yarandığı gündən ETSN-ə rəhbərlik Hüseynqulu Bağırov tərəfindən həyata keçirilir.

Ətraf mühitin mühafizəsi və ekoloji vəziyyət tam nəzarət altındadır!Haşiyədən bir qədər kənara çıxaraq qeyd etmək lazımdır ki, məhz Hüseynqulu Bağırovun ölkənin Ekologiya və Təbii Sərvətlər naziri postuna təyinatını ən uğurlu və məqsədəuyğun seçimlərdən biri kimi təqdim etmək olar. H.Bağırovun Bakı Dövlət Universitetində təhsilini bitirdikdən sonra, 1978-1983-cü illərdə Təhsil Nazirliyində və komsomol orqanlarında çalışması, 1983-85-ci illərdə Bakıda və Moskvada göstərdiyi elmi fəaliyyəti, 1985-1992-ci illərdə Zaqafqaziya Komsomol və Ali Partiya məktəblərində çalışaraq idarəçilik qabiliyyətini yüksəltməsi, 1990-cı ildə, hələ 35 yaşında ikən SSRİ Təhsil Nazirliyinin Kollegiyasının qərarı ilə professor elmi adına layiq görülməsi, 1998-ci ildə Amerika Birləşmiş Ştatlarının İndiana Universitetində Fulbrayt professoru vəzifəsində uğurla fəaliyyət göstərməsi, onun zəngin iş təcrübəsinə və dərin elmi biliklərinə dəlalət edir.

Bu gün isə Hüseynqulu Bağırov bütün bu zəngin bilik və təcrübəni Azərbaycan dövləti tərəfindən həyata keçirilən ekoloji siyasətin reallaşdırması yönümündə uğurla tətbiq etməkdədir.

Artıq qeyd olunduğu kimi Azərbaycanda ətraf mühitin mühafizəsi sahəsində ekoloji siyasət məhz respublikamız öz müstəqilliyini əldə etdikdən sonra formalaşmağa başlamışdır. Respublikamızda bu dövrdə ekoloji siyasətə dair ilk sənəd kimi “Dayanıqlı inkişaf” prinsiplərinə əsaslanan “Azərbaycan Respublikasının ekoloji Konsepsiyası” qeyd olunmalıdır. Məhz bu konsepsiyada respublikamız üçün ətraf mühitin mühafizəsi baxımından prioritet olan problemlərin həlli üzrə əsas prinsiplər öz əksini tapmışdı. Azərbaycan Respublikasında yürüdülən ekoloji siyasətin əsas məqsədi isə indiki və gələcək nəsillərin ehtiyaclarının təmin edilməsi naminə mövcud ekoloji sistemlərin, iqtisadi potensialın qorunması və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi ilə davamlı inkişafın təmin edilməsindən ibarətdir.
Ətraf mühitin mühafizəsi və ekoloji vəziyyət tam nəzarət altındadır! Cənab nazirin öz sözləri ilə desək: “Ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə istifadəsi məsələsi ölkəmizdə aparılan sosial-iqtisadi islahatlarda mühüm yer tutur.” Məhz bu prinsiplərin həyata keçirilməsi zəminində də bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları gərgin və çoxşaxəli fəaliyyət göstərməkdədirlər. Bu fəaliyyətin səmərəliliyini qiymətləndirmək üçün sadəcə ötən ayın ikinci yarısını əhatə edən dövrdə görülmüş işlərin bir hissəsinə nəzər salaq. Belə ki, nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 16-31 may 2015-ci il tarixlərində ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb. Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 186 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 98 müddətli “məcburi göstəriş” verilib. Ümumilikdə, 28 iş üzrə 40850 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 14 iş üzrə 576.66 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 276 iş üzrə 42828.79 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 11, icra qurumlarına 12, məhkəmələrə isə 3 iş göndərilib.

Bu rəqəmlər əlbəttə ki, görülən işlərin yalnız cüzi bir hissəsini əks etdirə bilər. Bununla belə hətta bu statistika da bəzi informasiya vasiələrində ETSN-nin fəaliyyətini qeyri-obyektin işıqlandırmağa yönələn cəhdləri puça çıxarmaq üçün yetərlidir. Təbii ki, bu cəhdlərin də arxasında ilk növbədə Hüseynqulu Bağırovun hər zaman Azərbaycan dövlətçiliyinə sədaqət prinsiplərindən çıxış edərək, ölkə rəhbərliyinin yürütdüyü ekoloji siyasətin tələblərinə uyğun olaraq nümayiş etdirdiyi qətiyyət və tələbkarlığa qarşı bəzi qurum və dairələrdə yaranan qısqanclıq və narahatlıq kimi hisslər durur. Lakin bütün bunlar necə deyərlər, ikinci dərəcəli məsələlərdir. Əsas olanı isə budur ki, bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində formalaşmış işgüzar mühit eyni zamanda həm ölkəmizin, həm də mövcud olduğumuz regionun ekoloji problemlərinin həlli üçün son dərəcə əlverişli şəraitin yaranmasına səbəb olmuşdur. Son bir daha Ekologiya və Təbii Sərvətlər naziri cənab Hüseynqulu Bağırovun öz sözlərini sitat gətirmək istərdik: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iqtisadi, sosial, mədəni və digər sahələrin inkişafı ilə yanaşı, ətraf mühitin sağlamlaşdırılması məsələlərinə də göstərdiyi gündəlik diqqət və qayğının, həyata keçirilən ardıcıl tədbirlərin nəticəsində ekoloji durum əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Ölkə iqtisadiyyatının sürətli inkişafı, o cümlədən milli neft strategiyasının müvəffəqiyyətlə həyata keçirilməsi ekoloji problemlərin həll edilməsi üçün gözəl imkanlar yaratmışdır...

Son illər ərzində aparılmış məqsədyönlü dövlət siyasəti, beynəlxalq təcrübədən istifadə və həyata keçirilmiş ardıcıl tədbirlər nəticəsində ətraf mühitin mühafizəsi sahəsində ciddi nailiyyətlər əldə edilmişdir. Bu nailiyyətlər barədə ölkə və beynəlxalq ictimaiyyətinin məlumatlandırılması hökumətin fəaliyyətinin şəffaflığının və hesabatlılığının, ətraf mühitin mühafizəsinə vətəndaş cəmiyyətinin, biznes qurumlarının, beynəlxalq təşkilatların cəlb edilməsi üçün əməkdaşlığın açıqlığının ifadəsidir.”






Fikirlər