Azərbaycanın neçə general- polkovniki var? - SİYAHI
Xəbər verdiyimiz kimi, dünən İlham Əliyev Azərbaycanın Milli Qəhrəmanı, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyevə general-polkovnik ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb. Bununla da M.Quliyev də bu rütbəni daşıyan şəxslərin sırasına daxil olub. AzerTaym.az axar.az-a istinadən ölkəmizdə hazırda bu rütbəni daşıyan şəxslərin təxmini siyahısını təqdim edir: 1. Zakir Həsənov - Müdafiə naziri 2. Nəcməddin Sadıqov - Müdafiə nazirinin 1-ci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi 3. Ramil Usubov - Daxili İşlər naziri 4. Kəmaləddin Heydərov - Fövqəladə Hallar naziri 5. Elçin Quliyev - Dövlət Sərhəd Xidmətinin rəisi 6. Vaqif Axundov - Xüsusi Dövlət Mühafizəsi Xidmətinin rəisi 7. Bəylər Əyyubov - Xüsusi Dövlət Mühafizəsi Xidməti rəisinin 1-ci müavini və Prezidentin Şəxsi Mühafizə İdarəsinin rəisi 8. Namiq Abbasov - Azərbaycanın sabiq milli təhlükəsizlik naziri (1995-2004), Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri (2004-2012) 9. Səfər Əbiyev - Azərbaycan Respublikasının eks-müdafiə naziri 10. Eldar Mahmudov - sabiq milli təhlükəsizlik naziri 11. Tofiq Ağahüseynov - Böyük Vətən müharibəsi veteranı, Respublika Veteranlar Təşkilatının sədri (SSRİ Silahlı Qüvvələrində general-polkovnik rütbəsi alan ilk azərbaycanlı) 12. Aydın Əliyev - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin keçmiş sədri 13. Zakir Qaralov - Baş prokuror, I dərəcəli dövlət ədliyyə müşaviri (general-polkovnik) 14. Fikrət Məmmədov – Ədliyyə naziri, I dərəcəli dövlət ədliyyə müşaviri (general-polkovnik) 15. Fazil Məmmədov - I dərəcəli dövlət vergi xidməti müşaviri (general-polkovnik).