“ƏLİ NAĞIYEV təhlükəsizliyimizin möhkəmlənməsinə yeni töhfələr verəcək” - Əliməmməd Nuriyev

Картинки по запросу əli nağıyev

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev general Əli Nağıyevin DTX, Vilayət Eyvazovun isə DİN rəhbərliyinə gətirlməsi ilə bağlı sərəncam verib. Digər sərəncamlara görə Mədət Quliyev  müdafiə sənayesi naziri, Ramil Usubov isə Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi təyin edilib.

Bu təyinatlar ölkəmizin müdafiə və təhlükəsizlik qabiliyyətinin daha da artmasına təkan verəcəkmi?

"AzerTaym.az" xəbər verir ki, Moderator.az-a açıqlama verən hüquqşünas Əliməmməd Nuriyev son təyinatların olduqca məntiqli və faydalı olduğunu vurğulayıb:

"Prezidentimiz tərəfindən təyin edilən bu şəxslərin hamısı peşəkarlardır. V.Quliyev uzun müddətdir ki, daxili işlər nazirinin I müavini vəzifəsində çalışıb. Yetərincə peşəkar polis işçisidir. Öz işini yüksək səviyyədə bilir.
Ə.Nağıyev uzun müddət milli təhlükəsizlik orqanlarında çalışmış bir şəxsdir. General rütbəsinə qədər yüksəlib və öz işini çox yüksək səviyyədə bilir. Ölkənin milli təhlükəsizliyinin qournmasına böyük töhfələr vermiş bir şəxsdir. Onun nazir vəzifəsinə təyinatı bu töhfələri daha da artıracaq.

Ramil Usubov hüquq-mühafizə sistemimizin ən peşəkar simalarından biridir. Onun Təhlükəsizlik Şurasının katibi təyin olunması da çox uğurlu bir təyinatdır. O, 30 ilə yaxın bir müddətdə daxili işlər naziri vəzifəsində çalışıb. Onun Təhlükəslik Şurasının katibi təyin olunması olduqca məntiqldiir.

Mədət Quliyevin müdafiə sənayesi naziri təyin edilməsi də alqışlanandır. O da öz işini yüksək səviyyədə bilən kadrlardandır.

Bu dörd şəxsin hər biri dövlətə və prezidentə sədaqətləri ilə fərqlənən şəxslərdir. Onların təyinatı təhlükəsizliyimizin, müdafiə qabiliyyətimizin yüksəldilməsinə təkan verəcəkdir. Mən onların hər birini təbrik edir və uğurlar arzulayıram”.
 


 






Fikirlər