Paşinyan iki aldı... - Hələ belə RÜSVAY olmamışdı

Image result for əliyev paşinyan

Dünən Almaniyada Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında tarixdə ilk dəfə yaşanan debat baş tutdu. Tarixi debatda yenə öz ampulasında olan Paşinyan bir neçə cəhd etdi. Guya Ayaz Mütəllibovun Xocalı faciəsini azərbaycanlıların törətdiyini deməsini xatırlatdı. Həmçinin qondarma erməni tarixindən danışmağa çalışdı. Amma İlham Əliyev hər kəsin gözü qarşısında Paşinyana tarix dərsi keçdi. Bəli, elə söz tarixdən düşmüşkən...

Tarix – ta qədim dövrlərdən bu günə qədər baş verən, real hadisələrin qədim dövrlərdə daş kitabələr, daha sonra kitablar, insan zəkasının təkamül edib yeni kəşflərlərlə radio və televiziyanın ixtira etməsi, hazırkı zamanda isə internet və yüksək telekomunikasiya vasitələrinin varlığı sayəsində nəsildən-nəsilə ötürülən hadisələrdir. İndi fikirləşəcəksiniz ki, bunu hamı bilir, burda yazmağın nə mənası var. Dünənki görüşə məhz bu aspektdən yanaşmaq lazım olduğunu Ermənistanın baş naziri Nikol Paşinyanın hər zamankı kimi sərsəm açıqlamalarına daha bir neçəsini əlavə etməsi ilə bir daha göstərdi. Paşinyan yenə nümayiş etdirdi ki, o, siyasətçi deyil, tarixi də dərindən bilmir. Elə əslində ermənilərə də belə siyasətçi yaraşır. Tarixi saxtalaşdıran, heç bir fakta söykənməyən, əsassız fikirlər səsləndirən, dünya qarşısında biabır olan yarıtmaz başçı.






Fikirlər