“Yeganə yol profilaktik tədbirlər görməkdir” - İLHAM İSMAYIL
“Koronavirus pandemiyası ilə bağlı yayılan yanlış məlumatlar iki istiqamətdə özünü göstərir. Birinci bəzi məsələlərin şişirdilməsi, ikinci isə ümumiyyətlə, koronavirusun hansısa dövlətlərin, yaxud mason təşkilatının məqsədli planı olduğudur. Bu iddiaların hər ikisi yanlışdır”. "AzerTaym.az" bildirir ki,bu sözləri modern.az-a koronavirus pandemiyası ilə bağlı sosial şəbəkələrdə yayılan yanlış məlumatlardan, təxribatlardan danışarkən təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl söyləyib: “Sosial qayğılar, dövlətin etdiyi yardımlarla bağlı mübarizə sərgiləməyə gəlincə, insanlar psixoloji cəhətdən gərgin vəziyyətdədirlər. Onları həbs etməklə, cəzalandırmaqla islah etmək mümkün deyil. Əksinə, bu əlavə qayğı deməkdir. Ən yaxşı halda qadağalara riayət etməyən, yanlış informasiya yayan, təxribat törətməyə çalışan insanlarla profilaktik iş aparmaq lazımdır. Bu işlər Daxili İşlər Nazirliyinə tapşırılıb. Nazirlik həmin şəxsləri müəyyənləşdirib, telefonla, yaxud ünvanlarına yollanmaqla, elə orada xəbərdarlıq edə, rəsmi şəkildə çəkindirə bilər. Bu maarifləndirmədən sonra həmin şəxslər yenidən təxibata əl atarsa, o zaman hansısa tədbir görmək olar. Təlaş, qorxu yaratmaq perspektivdə cəmiyyətə pis təsir etdiyinə görə, bunu cinayıt işinə çevirə bilərlər. Ona görə, yenə qeyd edirəm ki, profilaktik tədbirlər görmək daha yaxşıdır”.