DİQQƏT! Karantin rejimi ilə bağlı RƏSMİ AÇIQLAMA
"Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı tələblərə əməl etməyən 900 nəfər cərimələnib".
"AzerTaym.az" Report.az-a istinadən bildirir ki,bunu Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi Kamran Əliyev deyib.
Onun sözlərinə görə, karantin rejimi təqbiq olunan vaxtdan (6 iyun saat 00.00) dünən saat 17.00-a qədər 900-ə yaxın şəxs barəsində inzibati protokol tərtib edilib.
Qeyd edək ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi 8 iyun saat 06.00-dək davam edəcək.