Peyvənd olunan Oqtay Şirəliyevdən ilk AÇIQLAMA...

Peyvənd olunan Oqtay Şirəliyevdən ilk açıqlama

"Ölkə rəhbərliyinin səyi nəticəsində Azərbaycan ən zəngin ölkələr siyahısına daxil olaraq vaksinasiyaya başlayıb".
"AzerTaym.az" qaynarinfo-ya istinadən xəbər verir ki, bunu koronavirus əleyhinə bu gün peyvənd olunan səhiyyə naziri Oqtay Şirəliyev deyib.
Onun sözlərinə görə, əksər ölkələrdə vaksinasiya ilin sonunda başlayacaq: "Amma Azərbaycan bütün şirkətlərlə əlaqələr qurub. Vaksin kifayət qədər təhlükəsizdir. Mütəxəssislər qərara gəlib ki, Azərbaycan üçün ən yaxşı vaksin "Sinovac" şirkətinin vaksinidir. Bir neçə ölkələrdə kliniki sınaqlardan keçib. Heç bir yerdə fəsadı olmayıb. Həmçinin kifayət qədər effektlidir. Vacibdir ki, hər vaksindən sonra müəyyən insanlar xəstələnə bilər, amma onlar da xəstəliyi yüngül keçirirlər. Bunlar nəzərə alınaraq, seçim olundu. Bu gündən vaksinasiya başlayır. Jurnalistləri də vaksinasiyaya qoşulmağa dəvət edirik".






Fikirlər