İCRA başçısı rayonu SÖKÜR ...
Bakıda tikinti şirkəti vətəndaşlara zülm edir, amma rəsmi qurumlar məsələyə biganə yanaşır. Səbəb isə həmin tikinti şirkətini icra hakimiyyətinin himayə etməsidir. Uzun zamandır haqqında danışılan özbaşınalıq Nəsimi rayonunda baş verir. Tikinti şirkəti vətəndaşların razılığı olmadan evləri sökür, insanların özəl mülkiyyətini dağıdır. Vətəndaş Mansur Ələkbərov deyir ki, evinin qanunsuz sökülməsinin səbəbkarlarından biri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovdur. Narazı vətəndaş qeyd edir ki, evinə ödənən kompensasiya ilə razı olmadığı halda məhkəmə qərarı olmadan mülkiyyəti dağıdılıb. Tikintini aparan şirkət kimi "Marin Grup" və "Gloria Palace" göstərilir. Adı çəkilən şirkətlərdən hansının tikintiyə və söküntüyə nəzarət etdiyini vətəndaş özü də bilmir.