“Ermənistan ya 818 milyardı ödəsin, ya da Zəngəzuru qaytarsın” - Açıqlama

“Ermənistan ya 818 milyardı ödəsin, ya da Zəngəzuru qaytarsın” - Açıqlama

Ermənistanın işğalı nəticəsində Azərbaycana vurulmuş çox böyük maddi və mənəvi zərərin təzminatı verilməlidir. Ermənistanın 30 il işğal altında saxladığı ərazilərimizə vurduğu ziyana görə beynəlxalq məhkəmə yolu ilə kompensasiyanın ödənilməsinin dünya təcrübəsində oxşar nümunələri var.

Azərbaycan Respublikası 1954-cü ildə Haaqa Konvensiyasına Birinci Protokola 1993-cü ildə və 2000-ci ildə İkinci Protokola qoşulub. Bu konvensiya hərbi münaqişələr zamanı hər bir dövlətin öz ərazisində və rəqib tərəfin ərazisində yerləşən mədəni dəyərlərin qorunması, arxitektura, incəsənət, tarixi abidələr, arxeoloji qazıntılar kimi daşınan və daşınmaz mədəni dəyərlərin müdafiə edilməsini iştirakçı dövlətlərin qarşısında vəzifə kimi qoyur.

Hərbi Prokurorluğun Xüsusi İstintaq şöbəsinin rəisi Emil Tağıyev bildirib ki, Ermənistanın işğalı nəticəsində Azərbaycan dövlətinə və vətəndaşlarına dəymiş maddi zərərin məbləğinin beynəlxalq standartlara əsasən müəyyən edilməsi məqsədilə aparılmış kompleks məhkəmə ekspertizasının ilkin hesablamalarına görə? dəymiş maddi ziyan 818 milyard 880 milyon ABŞ dolları təşkil edir. Kasıb ölkədir deyib boyun qaçırmalıdırmı?

Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü bizimyol.info-ya açıqlamasında bəyan edib ki, Ermənistanın təzminata gücü çatmırsa, qədim yurdumuz Zəngəzuru Azərbaycana verməlidir.

“Ermənistanın indiki hakimiyyəti, baş nazir Nikol Paşinyan Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmağa çalışır. Əməldə nə dərəcədə səmimi olduğunu dəqiq söyləmək çətindir. Amma ən azından sözdə belə bunu ifadə etməsini müsbət qiymətləndirirəm.

Ermənistan bizim üçün düşmən ölkədir. Etdiklərini unutmadan kommunikasiyaların açılması addımına gedirik. Bu bizə vacib olduğundan daha çox onlara vacibdir. Onların bu jesti normal qoymətləndirməsi, ağıllı davranması lazımdır. “Ağıllı davranmaq” anlayışı bir sıra məsələləri əhatə edir. Əvvəla, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı, BMT tərəfindən tanınan sərhədlərini qəbul etməlidir. Qarabağda Ermənistanın qızışdırıcılıqla məşğul olması, yerli sakinləri Azərbaycana qarşı qaldırması yolverilməzdir. Bu kimi addımlara birdəfəlik son qoyulmalıdır.

Ermənistan tərəfindən qisas iddialarının səsləndirilməsi də yanlışdır. Onlar bu iddialardan da əl çəkməlidirlər. Bölgədə sivil münasibətlərin, əməkdaşlıq ruhunun hakim olmasını istəyirlərsə, bunları etməlidirlər. Əgər əksini edəcəklərsə, yenə də ağır bir şəkildə cəzalandırılacaqlar. Bundan başqa daha bir məqam hələ də Ermənistan ordusuna məxsus yaraqlıların Qarabağda olması ilə bağlı səslənən faktlardır. Bunu da qısa bir müddətdə həll etməli, Azərbaycan torpaqlarından birdəfəlik rədd olmalıdırlar. Türkiyə ilə Ermənistanın münasibətləri normallaşdırması da mümkün variantlardan biri kimi gözdən keçirilir. Rəsmi Ankara onlarla əlaqəni Türkiyəyə ərazi tələbi etdiyinə, “soyqırım” iddialarına və Azərbaycan torpaqlarını işğal etdiklərinə görə kəsmişdi. İndi işğal faktı ortadan qalxıb. Digər iki məqamın da aradan qalxması üçün Paşinyanın ortaya iradə qoyması lazımdır. Ermənistan mütləq o tələblərdən, saxta iddialardan da vaz keçməlidir. Əgər onlar da həllini taparsa, tərəflərin daha geniş əlaqələr qurması, əməkdaşlıq etməsi mümkün ola bilər. Bu əməkdaşlıq da Türkiyədən çox Ermənistana lazımdır. Əməkdaşlıqdan hər kəsin qazanacağı nələrsə olacaq. Amma ən çox Ermənistan qazanacaq. Radikalizm onları məhvə aparır, amma əməkdaşlıq onları düşdükləri bəlalardan xilas edə bilər. Bizlər isə heç bir zaman onların etdiklərini unutmadan əməkdaşlıq etməliyik. Qarabağda Azərbaycana vurduğu ziyana görə isə mütləq təzminat verməlidirlər. Ermənistan bunun qarşılığını pul ödəməklə, yaxud ərazisinin müəyyən bir hissəsini, Qədim Azərbaycan torpağı olan Zəngəzuru verməklə kompensasiya edə bilər. Azərbaycan bu tələbindən çəkilməməlidir”.

BMT -nin 2001-ci ildə qəbul etdiyi 56/83 saylı "Beynəlxalq hüquqazidd əməllərə görə dövlətlərin məsuliyyəti" adlı qətnaməsinin 34-cü maddəsində beynəlxalq hüquqazidd əməllər nəticəsində vurulmuş zərərin ödəmə formaları müəyyən edilib. Bu maddədə göstərilir ki, "beynəlxalq hüquqazidd əmələ görə vurulmuş zərərə görə tam ödəmə formaları restitusiya, kompensasiya və satisfaksiya formalarında ola bilər. Bu formalar həm ayrı-ayrılıqda, həm də bir-biri ilə bağlı istifadə edilə bilər.

İraqın Küveytə vurduğu ziyanın məbləği 52.4 milyard dollar müəyyənləşdirib. Həmin vəsaitin isə 48.7 milyard dolları ödənilib. Hüquqşünaslar hesab edirlər ki, işğalçılıq siyasətindən zərər görən vətəndaşların beynəlxalq məhkəmələrə fərdi müraciətləri vacibdir.

Beynəlxalq praktika göstərir ki, kompensasiyanın ödənilməsi ilə bağlı beynəlxalq məhkəmə qərarı çıxarılandan sonra kasıb ölkələr də kompensasiya ödəməli olur.

 

Zərərçəkmiş ölkə vətəndaşlarımızın Avropa Məhkəməsinə müraciət etmək hüququ var.






Fikirlər