Ermənistanın Azərbaycana vurduğu zərərin MƏBLƏĞİ - 819,15 milyard DOLLAR
Ermənistanın Azərbaycana vurduğu zərərlərin yekun məbləği açıqlanıb. Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi qrupundan Trend-ə verilən məlumata görə, İşçi qrupu tərəfindən aparılan qiymətləndirmə işlərinin nəticələrinə əsasən Ermənistanın ölkəmizə vurduğu zərərlərin yekun məbləği 819,15 milyard ABŞ dolları həcmindədir. S/s İtki və tələfatların növləri Dəymiş zərərin məbləği (mlrd. ABŞ dolları) 1. Əhaliyə dəymiş zərərlər: 147,80 1.1. Əhalinin tələf olma, sağlamlığın və normal yaşayışın səviyyəsinin itirilməsi hesabına humanitar-mənəvi itkilər 140,40 1.2 Əmlakının məhv edilməsi nəticəsində əhaliyə dəymiş maddi zərərlər 7.40 2. Dövlətə dəymiş zərərlər: 126,46 2.1. Sosial sahədə dəymiş zərərlər 33,93 2.2. İqtisadi sahədə dəymiş zərərlər 92,53 3. Ətraf mühit və təbii sərvətlər üzrə itkilər 244,42 4. Tarixi və mədəniyyət abidələrinə dəymiş zərərlər 177,00 5. İşğalla bağlı izafi hərbi xərclər, məhdudiyyətlər və itkilər 124,47 İşçi qrupunun qiymətləndirmə fəaliyyətinə dair yekun hesabat hazırlanaraq aidiyyəti orqanlara təqdim olunacaq.