22.03.2014. - Yalanı Toyota-ya 1,2 milyard dollara oturdu
AzerTaym.az 4charx.com-a istinadən bildirir ki, buna əvəz olaraq "Toyota" Şimali Amerikada avtomobil firmasına bu vaxtadək qoyulmuş ən böyük cəriməni ödəyəcək. Onun məbləği 1,2 milyard dollar təşkil edəcək.
Hökumətə cərimədən başqa, Toyota 23 milyon qüsurlu maşın sahiblərinə dəymiş zərərin əvəzini ödəyəcək. Kompensasiyanın ümumi məbləği 1,63 milyard dollar təşkil edəcək.
"Toyota" və "Lexus" avtomobillərinin qeyri-ixtiyari sürətlənmələri ilə bağlı problemlər 2009-cu ildə aşkar edilmişdi. Təhqiqatın başlanmasına səbəb bir polisin və ailəsinin Leksus avtomobili ilə səfəri zamanı həlak olması idi. Yapon avtomobillərinin qüsurlarına görə həlak olanların ümumi sayı beş nəfərə çatdı. Bütün dünyada aşkar edilmiş nasazlıqlara görə 12,4 milyon avtomobil geri çağırılmışdı.