27.01.2014. - Nəhəng şirkətin rəhbəri həlak oldu - FOTO
Hindistanın ən böyük avtomobil istehsalçısı olan Tata Motors konserninin icraçı direktoru Karl Slip Tailandın paytaxtı Banqkokda həlak olub.
4carx Financial Express-ə istinadən bildirir ki, 51 yaşlı britaniyalı top-menecer Banqkokdakı "Shangri-La" otelinin eyvanından hələlik naməlum səbəblərdən düşüb. "Tata"nın yerli bölməsinin direktorlar şurasının toplantısında iştirak etmək üçün Banqkokda olan K.Slimi xanımı Salli müşayiət edirdi.
Əvvəllər Toyota və General Motors avtokonsernlərində çalışmış Karl Slim 2012-ci ilin oktyabrından bəri Tata-da işləyirdi. O, konsernin daxili və xarici bazarlardakı əməliyyatlarına rəhbərlik edirdi.