BMW yeni M7 hazırlayır - FOTO

“BMW” konserninin idman bölməsi 7 sessiya flaqman sedanının xüsusi versiyasını düzəltməyə hazırdır. “Yüklənmiş” “yeddiliyi” Alpina tüninq-atelyesi buraxır, lakin bu vaxta qədər “BMW”-də belə modifikasiya olmayıb.

Azertaym.az[/color] Auto.az-a istinadən bildirir ki, M GmbH-nin tədqiqat bölməsinin rəhbəri Albert Birmannın Autocar portalına verdiyi məlumata görə, “BMW” “yüklənmiş” təmsilçi sedanlar seqmentində iştirak edə bilər. Çünki, bu seqmentdə müəyyən potensialı var. Bununla belə “M bölməsində” hazırlana bilən sedan Alpina şirkətinin təqdim etdiyindən çox fərqlənər.

Onların “B7” adlanan modifikasiyası ikili turboyükləyicisi olan və 533 a.g. verən V8 mühərriki ilə təchiz olunur, və “M GmbH” rəhbərliyinin fikrincə, Bavariya bölməsi bu nailiyyəti ötüb keçə bilər. Lakin “M bölməsində” yeddinci seriya üzərində işlə bağlı konkret planlar düşünülmür – atelye başqa layihələrlə məşğuldur.

Bavariyalılar, əsasən, “BMW M5 və M6”-nın gələcək nəsillərini tam ötürücü ilə təchiz etmək imkanlarını tətqiq edirlər. Bundan başqa, üçüncü seriya hetçbek “GT” də “yüklənmiş” modifikasiya əldə edə bilər. M Performance sırasında təklifin genişləndirilməsi üzərində də iş gedir.


BMW yeni M7 hazırlayır - FOTOBMW yeni M7 hazırlayır - FOTO






Fikirlər