12.01.2014. - Ənvər Paşanın nəvəsi Azərbaycandan danışıb
Türkiyənin əfsanəvi generalı Ənvər paşanın nəvəsi Osman Mayatepek Osmanlı Rusiya arasında baş vermiş faciəvi Sarıkamış döyüşü barədə fikir bildirərkən Azərbaycandan danışıb.
AzerTaym.az "Hürriyet" qəzetinə istinadən bildirir ki, Mayatepek Sarıkamışda 90 min türk əsgərinin həlak olması barədə deyilənlərin yalan olduğunu deyib: "Sarıkamış tamamilə bir Vətən müdafiəsi idi və qaçılmaz idi".
O, sözlərini Sarıkamışda 23 min türkün şəhid olduğunu yazmış rus generalı Maslovskidən sitat gətirib. Maslovski yazıb ki, türk ordusu əgər Ənvər paşanın əmrlərinə uyğun hərəkət etsəydi, Sarıkamışda ruslar məğlub olardı. Hətta rus general Mixaylevski türk ordusunun hərəkətinin mühasirə planı olduğunu anlayan kimi geri çəkilmək əmri verib.
Mayatepekin fikrincə, əgər türk ordusu Ənvər paşanın əmrinə uyğun hərəkət etsəydi, Türkiyənin Qafqaza qədər önü açılırdı, Türkiyə Azərbaycanla birləşərdi və təbii ki, neft qaynaqlarına sahib olardı.