Nahid türk ulduzlarını Bakıya gətirəcək
Saytımıza açıqlamasında təşkilatçı həm də yeni planlarından danışıb:
“Pətək Dinçözün konserti maraqlı və əla keçdi. Müğənni özü də razı getdi. Hətta yenidən Bakıya gələcəyinə söz verdi. Türkiyənin Show TV kanalında konserti yüksək səviyyədə işıqlandırdılar. Artıq yeni konsertə hazırlaşıram. Martda Rafet El Romanın konserti olacaq. Onunla birlikdə səhnəyə Dəniz Seki və Ezo da çıxacaq. Bu dəfə Rafet Heydər Əliyev Sarayında çıxış edəcək. O, martda işıq üzü görəcək yeni albomunu azərbaycanlı sevənlərinə təqdim edəcək. Həmin ay Dəmət Akalının da Bakı konsertini nəzərdə tutmuşam. Onun yeni albomu işıq üzü görəcək. 2014-cü ildə layihələrim çox olacaq”.