Vitse-prezident ölən qızının xatirəsinə konsert verdi
Bu ilin aprel ayında paytaxtın 28 May küçəsində yerləşən çoxmərtəbəli binanın 16-cı mərtəbəsindən düşərək həyatını itirən 13 yaşlı Sunay Məmmədovanın xatirəsinə konsert təşkil olunub.
Azertaym.az xəbər verir ki, dünən Heydər Əliyev adına Respublika Sarayında əməkdar artist Könül Xasıyevanın “Qayıt nə olar” adlı konserti keçirilib. Konserti Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin vitse-prezidenti Rasim Məmmədov qızının anım mərasimi üçün təşkil edib. Lakin konsetdə iştirak edənlərin əksəriyyəti bunun Sunayın xatirəsinə həsr olunduğundan xəbərsiz olub.
Konsertdə xalq artisti Arif Babayev, qoşa nağara ifaçısı, xalq artisti Sadıq Zərbəliyev, skripkaçı Səlim də iştirak edib.
Qeyd edək ki, Sunay Məmmədova həm də musiqi həvəskarı olub, o peşəkar səviyyədə bu işlə məşğul olurmuş.
Sunay Məmmədovanın yas mərasimini Könül Xasıyeva və skripkaçı Səlim idarə edib.