"Azərbaycanı yaxşı təmsil etmək istəyirik"
Yığmamız gələn ay Valentin Qranatkinin xatirəsinə həsr olunan turnirə qatılacaq. Yarışdan əvvəl millimizin baş məşqçisi Rusiya mətbuatına müsahibə verib: "Biz 1996 və 1997-ci il təvəllüdlülərdən təşkil olunmuş komanda ilə yarışa qatılacağıq. 1996-cı il təvəllüdlülərlə işə yenicə başlamışıq. Lakin 2011-ci ildə bu komanda ilə çalışmışam. 2012-13-cü illərdə isə 1997-ci il təvəllüdlülərlə işləmişəm. Biz onlarla işə başlayandan sonra 1997-ci il təvəllüdlülər beynəlxalq arenadakı nəticələrini yaxşılaşdırıblar. Rəqibləri öyrənməyə çalışacaq və hazırlaşacağıq".