MUSTAFA DƏNIZLI: "6 MLN DOLLARI HEÇ TÜRKIYƏDƏ VERMIRLƏR"

MUSTAFA DƏNIZLI: "6 MLN DOLLARI HEÇ TÜRKIYƏDƏ VERMIRLƏR"“Xəzər Lənkəran” klubunun baş məşqçisi Mustafa Dənizli bu gün jurnalistlərə təqdim olundu. Azertaym.az-ın məlumatına görə, jurnalistlərin suallarını cavablandırn türk mütəxəssis cənub klubuna keçidi ilə bağlı danışıb: “Bu mənim üçün yeni bir həyəcandır. Bura gəlməyimin əsas səbəbi klub prezidentini tanımağımdır. Mübariz Mənsimovla İstanbulda 3 il əvvəl “Beşiktaş”da bir yerdə olmuşuq. “Xəzər Lənkəran”ı imkan olduqca avrokuboklarda təmsil etmək, ölkə kubokunda irəli getmək istəyirik”.

İddialı açıqlamalar verən Mustafa Dənizli transfer məsələsində ilk olaraq Türkiyə bazarına üz tutacağını deyib: “Azərbaycan xalqının həzz alacağı bir komanda qurmaq istəyirik. Komandanı tanıyıram. Amma daha da tanımağım lazımdır. Bura mənə doğma bir yerdir. Dövrələrarası fasilədə transfer ehtiyac olarsa, ediləcək. Bu xaricdən də, Türkiyədən də ola bilər. Türkiyədə oynamaq şansı əldə etməyənlər varsa və burda adaptasiya prosesi olmayacaqsa, ilk transferlərimiz Türkiyədən olacaq. Burda U-21 və 4 azərbaycanlı futbolçunun oynamasını fikirləşməliyik. İlk mərhələdə ilk 3 çempionat oyununda yaxşı nəticə qazanmalıyıq”.

Mustafa Dənizli Türkiyə mətbuatının 6 milyon dollar iddiasına belə cavab verib: “Bu paranı heç Türkiyə klubları da verə bilməz”.






Fikirlər