Rza Zərrab türk nazir və ailəsini Kəbəyə aparıbmış – “Böyük rüşvət” işi

Rza Zərrab türk nazir və ailəsini Kəbəyə aparıbmış – “Böyük rüşvət” işiÖtən ay Türkiyədə başladılan korrupsiya əməliyyatları çərçivəsində həbs edilən azərbaycan əsilli iş adamı Rza Zərrabın Türkiyə hökumətinin üzvləri ilə yeni əlaqələri aşkarlanıb.

Azertaym.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, R.Zərrabdan rüşvət aldığı iddia edilən və oğlu da onunla birlikdə həbs olunan Türkiyənin keçmiş iqtisadiyyat naziri Zəfər Çağlayanla azərbaycan əsilli iranlı iş adamının yeni münasibətləri ortaya çıxıb. Məlum olub ki, iş adamı nazirin ailəsini özünün şəxsi təyyarəsi ilə Kəbəni ziyarətə aparıb. Ziyarətdə nazir Z.Çağlayanla yanaşı, R.Zərrabın həyat yoldaşı müğənni Ebru Gündəş də olub.

Məlumatlara görə, bu Kəbə səfəri ötən il martın 22-də baş tutub. Qeyd edək ki, iddialara görə, R.Zərrab İranın Türkiyədən qızıl idxalatından əldə olunan pulun mində beş faizi Z.Çağlayana rüşvət verilirmiş. Ancaq istintaq zamanı iranlı biznesmen bu iddiaları təkzib edib.






Fikirlər