ERMƏNİ təcavüzü və işğalı nəticəsində AZƏRBAYCANIN ətraf mühitinə və təbii sərvətlərinə 265 MİLYARD dollar ziyan dəyib

 

 

Erməni təcavüzü və işğalı nəticəsində Azərbaycanın ətraf mühitinə və təbii sərvətlərinə 265 milyard dollar ziyan dəyib

 

Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupu” tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin materialları əsasında hesabat xarakterli kitab nəşr olunub. Kitabda ölkəmizin 22 il ərzində erməni işğalında qalan torpaqlarında itirdikləri və üzləşdiyi zərərin məbləği açıqlanıb.   

Beynəlxalq standartlara uyğun metodoloji əsaslara istinadən ərsəyə gələn hesabatın hazırlanmasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri, İşçi Qrupun üzvləri ilə birgə qiymətləndirmə və konsaltinq üzrə ekspertlər də iştirak edib. Hesabatda bilavasitə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “İşğalda olan ərazilərdə ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən Operativ Mərkəzi”nin bir neçə il ərzində topladığı araşdırma materiallarından istifadə olunub. ETSN ilə İşçi Qru­pu­n 2014-cü ilin əvvəlindən başladığı birgə fəaliyyətin nəticəsi olaraq hazırlanan kitab, ermənilərin işğal etdiyi ərazilərimizdə canlı təbiətə və bütövlükdə bəşəriyyətə qarşı törətdiyi ekoloji cinayətlərin arqumentli ifadəsi, həmçinin ölkəmizə dəyən maddi-mənəvi ziyanın dünya ictimaiyyəti və beynəlxalq təşkilatlara çatdırmaq üçün faktoloji sübutudur.

Hesabatda ətraf mü­hit, tə­bi­i sər­vət­lər, on­la­rın qiy­mət­lən­di­ril­mə­si üsul­la­rı,  beynəlxalq hüquqda vu­rul­muş zə­rər­lə­rin ödə­nil­mə­si­nin hü­qu­qi şərtləri, zə­rər və it­ki­lə­rin iq­ti­sa­di qiy­mət­lən­di­ril­mə­si­nin meto­do­lo­ji əsas­la­rı haqqında aparılan araşdırmalar dəyən zərərin obyektiv, elmi əsaslarla qiymətləndirilməsinə dəlalət edir. Yəni 6 əsas sahə-faydalı qazıntı yataqlarının talanı, biomüxtəlifliyin, meşələrin məhv edilməsi, torpaqların sıradan çıxarılması, istifadədən məhrum olunması, su, su anbarları və ətraf mühitin çirkləndirilməsi üzrə ekoloji zərərlər, o cümlədən əhaliyə dəymiş mənəvi-ekoloji zərərlər qiymətləndirilib, 22 illik işğal dövrünü əhatə edib və ümumilikdə Azərbaycana dəyən ziyan 265 milyard 281 milyon 198 min 203 dollar civarında hesablanıb.       

Xatırladaq ki,  “Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrup” Nazirlər Kabinetinin 26 fevral 2014-cü il tarixli sərəncamı ilə yaradılıb.

AzerTaym.az






Fikirlər