Bütün Qazaxıstanda fövqəladə vəziyyət elan edildi ...

Bütün Qazaxıstanda fövqəladə vəziyyət elan edildi

Qazaxıstanın bütün ərazisində fövqəladə vəziyyət rejimi tətbiq edilib.
 

 

Modern.az xəbər verir ki, bu barədə Qazaxıstan KİV-i məlumat yayıb.
 
Bundan əvvəl fövqəladə vəziyyət bir neçə bölgədə elan edilmişdi.
 
Fövqəladə vəziyyət mitinqlərin və insanların digər kütləvi toplaşmalarının qadağan edilməsini nəzərdə tutur. Ölkə ərazisində saat 23.00-dan 07.00-a qədər komendant saatı tətbiq olunub.
 
Qeyd edək ki, 2022-ci ilin ilk günlərində Janaozen və Aktau şəhərlərində maye qazın qiymətinin ikiqat bahalaşması əleyhinə aksiyalar başlayıb. Etirazlar digər şəhərlərə də yayılıb. Bu gün səhər saatlarında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hökuməti istefaya göndərib.






Fikirlər