Komendant saatı tədbiq olunub – Kərkükdə fövqəladə VƏZİYYƏT

210519_res_01

İraqın Kərkük şəhərində fövqəladə vəziyyət elan olunub, komendant saatı tətbiq edilib.

“Report” bildirir ki, bu barədə Kərkük Şəhər Polis İdarəsinin mətbuat katibi Əfrasiyab Kamil məlumat verib. Onun sözlərinə görə, referendumdan sonra baş verə biləcək hansısa təxribatın qarşısının alınması məqsədilə əhaliyə gecə saatlarında küçəyə çıxmamaqla bağlı xəbərdarlıq olunub, şəhərin mərkəzində avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Onun sözlərinə görə, komendant saatı sabaha qədər qüvvədə olacaq.

Qeyd edək ki, bu gün İraqın şimalındakı kürd muxtar bölgəsində müstəqilliklə bağlı referendum keçirilib. Referendum bölgədəki türkmənlər və ərəblər tərəfindən boykot olunur.

Onu da qeyd edək ki, referendumun rəsmi nəticələrinin sentyabrın 26-ı, axşam saatlarında məlum olacağı bildirilir.






Fikirlər