Azərbaycan-Rusiya sərhədində BÖYÜK TIXAC
Azərbaycan-Rusiya sərhədində avtomobil tıxacı yaranıb. Hazırda onun səbəbləri araşdırılır. "AzerTaym.az" Report-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Dağıstan üzrə Daxili İşlər Nazirliyi məlumat yayıb. “Azərbaycan və Dağıstan sərhədində avtomobillərin hərəkəti xeyli çətinləşib, tıxac yaranıb”, - deyə məlumatda bildirilir. Əraziyə Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyinin əməkdaşları cəlb olunub. Səhər saatlarında Azərbaycanda hərbi hissənin ərazisində baş verən partlayış səbəbindən Bakı-Quba yolunda hərəkət məhdudlaşdırılıb. Lakin axşam saatlarında məhdudiyyət aradan qaldırılıb.