19.05.2014. - Azərbaycanın Rusiya ilə sərhədində genişmiqyaslı əməliyyatlar keçirilir

19.05.2014. - Azərbaycanın Rusiya ilə sərhədində genişmiqyaslı əməliyyatlar keçirilir19.05.2014. - Azərbaycanın Rusiya ilə sərhədində genişmiqyaslı əməliyyatlar keçirilir











Azərbaycanın Rusiya ilə sərhəd rayonlarında genişmiqyaslı əməliyyatlara başlanıb.

"AzerTaym.az" APA-ya istinadən xəbər verir ki, əməliyyatlar Azərbaycanın şimal və şimal-qərb bölgəsini əhatə edir. “Sərhəd-sipər” şərti adı altında keçirilən əməliyyatlarda Azərbaycanın daxili işlər orqanları ilə yanaşı, Rusiyanın hüquq-mühafizə orqanları da iştirak edir.

Zaqatala sakinlərinin APA-ya verdiyi məlumata görə, rayon ərazisində postlar qurulub. Polis əməkdaşları tərəfindən rayona girən və çıxan avtomobillər yoxlanılır.

Qax Rayon Polis Şöbəsindən əməliyyatların aparılması təsdiqlənsə də, əməliyyatın məxfi olduğunu əsas gətirərək ətraflı məlumat verilməyib.

Quba Rayon Polis Şöbəsindən bildirilib ki, məlum əməliyyatlar Rusiya ilə Azərbaycan tərəfinin birgə əldə etdiyi razılaşmaya əsasən aparılır.
Əməliyyatın keçirilməsində əsas məqsəd hər iki dövlətin sərhədyanı ərazilərində transmilli mütəşəkkil cinayətkarlığa, qanunsuz miqrasiyaya, narkotiklərin, qanunsuz silah-sursatın dövriyyəsinə qarşı mübarizə aparmaqdır.

Daxili İşlər Nazirliyindən isə bildirilib ki, aparılan əməliyyatlar başa çatandan sonra ictimaiyyətə məlumat veriləcək.






Fikirlər