Cahangir Əsgərovun çətin günləri başlayıb..

 

 
 

bitmap-img6

Daha bir oliqarx dar ayaqda!

 

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərov tutduğu vəzifədən azad ediləcək.
 Bu barədə Qaynar.info-ya hakimiyyətə yaxın mənbələrdən məlum olub.
Mənbənin sözlərinə görə, son vaxtlar Azərbaycanda bir sıra iri məmurların “vurulması” fonunda aydın görünür ki, hakimiyyət ölkə başçısının çıxışlarında mütəmadi şəkildə tənqid hədəfinə gələn vəzifəli şəxslərlə yolları ayırmaqda və onları daha kəskin formada cəzalandırmaqda israrlıdır: ““Vurulan” iri məmurların siyahısına baxdıqda onların rəhbərlkik etdikləri sahələrdəki qanunsuzluqlarla bağlı dövlət rəhbərinin zaman-zaman sərt tənqidlər səsləndirdiyi, xəbərdarlıq mesajları verdiyi görünür. “AZAL”la bağlı da ölkə başçısı bir neçə ay əvvəl kəskin narazılığını ifadə edib. Ona görə də gözləmək olar ki, 1 noyabrda keçiriləcək parlameünt seçkilərindən sonra daha da sürətlənəcək islahat dalğasının “qurbanlarından” biri də məhz AZAL “şef”i Cahangir Əsgərov olacaq”.
Xatırladaq ki, prezident Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun çıxışı zamanı məsələ ilə bağlı sərt iradlarını və xəbərdarlıqlarını çatdırıb. «Aviabiletlərin qiyməti bəzi hallarda süni şəkildə qaldırılır. Sual olunur: nəyə görə? Nə üçün? Yüksək xidmət göstərilir. Mən bunu alqışlayıram. Doğrudan da bizim AZAL şirkətimiz yüksək xidmət göstərir. Bunu mənə AZAL-ın təyyarələri ilə gələnlər deyirlər. Mən bunu alqışlayıram. Ancaq Azərbaycan yanacağı xaricdən almır, özü istehsal edir. Başqa ölkələrə nisbətən ağ neft ucuz qiymətə verilir axı! Nə üçün qiymətlər bahadır?” - dövlət rəhbəri deyib.
Prezident bildirib ki, AZAL dövlət tərəfindən böyük subsidiyalar alır: “Bütün təyyarələr dövlət büdcəsinin vəsaiti hesabına alınır, bütün aeroportlar dövlət hesabına tikilir, bütün şərait dövlət hesabına yaradılır. Nəyə görə biletlərin qiyməti başqa ölkələrə, şəhərlərə nisbətən baha olmalıdır? Nə üçün? Ona görə, mən tapşırıram hökumət, Maliyyə Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi bu məsələ ilə məşğul olsunlar. Həm müqayisə aparın, həm də burada tənzimləmə mexanizmi, hər şey şəffaf olmalıdır və qiymətlər süni şəkildə qaldırılmamalıdır».
Ölkə başçısının məsələyə müdaxiləsindən sonra Cahangir Əsgərov bahalı aviareyslərlə bağlı müəyyən addımlar atsa, ən azı AZAL-dan verilə açıqlamalarda aviabiletlərin ucuzlaşdırılması yönündə işlər görüldüyü bildirilsə də, bu mövzu aktualllığını qorumağa, bahalı uçuş biletləri ilə bağlı narazılıqlar, şikayətlər eşidilməyə davam edir. 
Bu günlərdə isə AZAL-ın 99 avroluq bilet vədinin əslində blefdən başqa bir şey olmadığı aydınlaşıb. Belə ki, Bakının mərkəzi küçələrində 99 avroya bəzi ölkələrə səyahət etməklə bağlı elan və reklamlar yerləşdirilib.Ölkənin tanınmış turizm şirkətləri isə 99 avroya biletlərin ümumiyyətlə satılmadığını bəyan ediblər.
Bir sözlə, Cahangir Əsgərovun ölkə başçısının məlum çıxışından yetərincə nəticəı çıxardığını söyləmək çətindir. 
Bundan başqa “MTN işi”nin bir ucunun da AZAL-a gedib çıxa biləcəyi yönündə iddiaların ardı-arası kəsilmir.
Bütün bu deyilənlər fonunda isə Cahangir Əsgərovun yaxın vaxtlarda post ilə vidalaşacağına dair iddiada həqiqət payının kifayət qədər yüksək ola biləcəyinə inanmamaq mümkün deyil.
pia.az






Fikirlər