Ermənilər Qarabağdan tamamilə MƏHRUM EDİLİR - Hər şeyin SONU...
İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın regionda yaratdığı yeni geosiyasi reallığı tamamilə geoiqtisadi reallığa çevirmək üçün İrəvan üzərinə düşən öhdəlikləri yerinə yetirməmək üçün oyan-buyana vargəl edir. Lakin nəzər yetirsək ki, bu gün iqtisadi inkişafa daha çox Ermənistanın ehtiyacı var, o zaman bu dövlətin olan-qalan şanslarının üstündən də xətt çəkmək üçün "əcəl zəngini" çaldığını da bilməsi lazımdır. Vətən müharibəsinin gedişində Qərbin Azərbaycanın haqlı savaşına əngəl olmaq cəhdləri Azərbaycanın güclü iradəsi, qətiyyətli siyasəti və Türkiyənin siyasi dəstəyi hesabına nəticəsiz qaldı. Yekunda ərazi bütövlüyünü 44 günə bərpa edən Azərbaycan bütün dünyaya 10 noyabr üçtərəfli bəyantından sonra müxtəlif platformalarda təsbit etdi ki, biz öz suverenliyimiz, bizim olan üçün savaşdıq və bundan sonra da bu yoldan kimsə bizi döndərə bilməz. Rəsmi Bakının xarici siyasi diplomatik pressinqini postkonflikt dövründə kifayət qədər artırması və bundan məqsədyönlü şəkildə düzgün istifadə nəyinki Qərbi, ABŞ-ı da Azərbaycanın yaratdığı yeni reallığı qəbul etməyə məcbur qoydu. Biz bunu ABŞ dövlət başçısı Co Baydenin Prezident İlham Əliyevə son məktubunda da açıq gördük.
Co Baydenin "İndi Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkana bəslənən ümid zamanıdır. Amerika Birləşmiş Ştatları bütün Qafqaz və Trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcək Azərbaycan ilə Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə və Azərbaycanın iqtisadi, nəqliyyat və insanlararası əlaqələrinin qurulmasına kömək etməyə hazırdır" fikirlərindən bir məsələ gün kimi aydəndər ki, ABŞ Bakının İrəvana təklif etdiyi 5 maddəlik sülh təklifindən məmnundur və bunu ədalətli hesab edir. Lakin təəssüf ki, ortada bir marionetka Ermənistan amili var. Yaşamaq istəyir, amma başına sıxdığının da fərqində deyil. Baxmayaraq ki, Avropa İttifaqının heç vaxt olmadığı qədər Azərbaycanla Ermənistan arasında rəsmi Bakının təklif etdiyi sülh paketini uyğun hesab edərək, artıq iki dəfə Bakı ilə İrəvana bir araya gətirmək üçün dövlət başçılarını Brüsseldə görüşdürməyə nail olmuşdu. 6 aprel Brüssel görüşünün ikinci raundundan sonra regionda sülhlə bağlı ümidverici nəticələrin əldə olunduğu, böyük gözləntilərdən söhbət getdiyi bir vaxtda çox şey yenə əks istiqamətdə cərəyan etdi. Xüsusilə də 6 aprel görüşündən sonra Nikol Paşinyanın beynəlxalq ictimaiyyətin onlardan Qarabağın "statusu" iddialarında tələbi endirməyi tələb etdiyi ilə bağlı fikirlərini gündəmə gətirməsi (İrəvan bunu "Qarabağdakı ermənilərin təhlükəsizliyi və hüquqlarının təminatı" olaraq dəyişir - red) Ermənistanda daxili vəziyyətin qarışması ilə nəticələndi. Paşinyan yeni vəziyyəti açıqlamasından sonra aprelin 17-də İrəvanda "Qarabağ aksiyaları" başlandı ki, bu, hələ də davam edir.
Nikol Paşinyanın 19 apreldə Moskva səfərindən sonra çarx demək olar ki, tamamilə tərsinə hərəkət etməyə başladı, İrəvan yenidən əvvəlki ritorikasına döndü. Beləcə, erməni baş nazir həm Şarl Mişelə, həm də İlham Əliyevə verdiyi vədə xilaf çıxaraq, başlayan etiraz aksiyaları fonunda bu ikili davranışın, saxta diplomatiyanın onlar üçün sıradan bir şey olduğunu bütün dünyaya təsdiqləmiş oldu. Son günlər Ermənistan daxilində xaos vəziyyət, sülhə qarşı çıxanların etiraz aksiyaları, revanşistlərin Azərbaycanla sərhəddə silhalı insidentlər törətməsi vəziyyətin bir mərkəzdən idarə edildiyindən xəbər verirdi. Ermənistanın aprelin 29-na gözlənilən sərhədlərin delimitasiyası ilə bağlı xüsusi komissiyanı yaratmaq məsələsini gecikdirməsi isə sülhə mane olmaq üçün süni əngəldən başqa bir şey deyildi. Eyni addımı Ermənistan rəhbərliyi mayın 7-11-də planlaşdırılan ikinci görüşdə də ataraq Brüsserlin etimadını demək olar ki, tamamilə puç etdi. Moskvanın bu məsələdə əsas aktor olduğunu yaxşı anlayan Qərb, İrəvanı Rusiyanın təsir dairəsindən çıxarmaq üçün təcili addım atmalı idi ki, bu da özünü çox gözlətmədi. Ötən gün Brüsseldə Avropa ittifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın üçtərəfli və ikitərəfli görüşlər keçirildi.
Şarl Mişelin Azərbaycanla Ermənistanı barışdırmaq üçün səylərini artırdığı əvvəlki görüşlərdən də məlum idi. Bu dəfəki görüşün 5 saat davam etməsi danışıqların asan keçmədiyindən, tərəflər arasında ciddi müzakirələrdən, fikir mübadiləsinin aparıldığından xəbər verir. Aİ Prezidenti Şarl Mişel Brüsseldə Azərbaycan və Ermənistan rəhbərləri ilə keçirilmiş görüşün yekunlarına dair mətbuata açıqlama verrərək bildirib ki, "Sərhəd məsələləri ilə bağlı sərhəd komissiyalarının birinci birgə iclası dövlətlərarası sərhəddə yaxın günlərdə baş tutacaq. Bu iclasda sərhədin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı bütün məsələlərə toxunulacaq. Kommunikasiya ilə əlaqədar liderlər nəqliyyat əlaqələrinin açılması istiqamətində işlərin davam etdirilməsi zərurəti üzərində razılığa gəldilər. Onlar Azərbaycanın qərb hissəsi ilə Naxçıvan və Azərbaycan ərazisindən Ermənistanın müxtəlif hissələri arasında tranzitləri, habelə hər iki ölkənin kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq nəqliyyat daşımalarını tənzimləyəcək prinsiplər üzərində razılığa gəldilər. Onlar xüsusilə beynəlxalq daşımalar kontekstində sərhəd idarəetmə prinsipləri, təhlükəsizlik, eləcə də gömrük rüsumları və qaydaları barədə razılığa gəliblər və yaxın günlərdə Baş nazirlərin müavinləri bu işi davam etdirəcəklər". Ş.Mişelin dediklərinə əsasən görüşün yekunlarına dair onu demək olar ki, yaxın günlərdə delimitasiya komissiyasının Azərbaycan-Ermənistan sərhədində görüşünün keçirilməsi barədə razılıq əldə edildi. Nəzərə alsaq ki, may ayında İrəvan iki dəfə sərhəddəki görüşdən imtina etmişdi, belə nəticə çıxır ki, bu dəfə Paşinyanın razılıq verməsi vadar olunması ilə bağlıdır. Son zamanlar komissiyaların görüşünə mane olmaqla sülhə əngəl törətmək istəyən revanşist qüvvələrin istəkləri Bakının səbrli və soyuqqanlı davranışı nəticəsində növbəti dəfə gözlərində qaldı deyə bilərik.
Tərəflər naqliyyat əlaqəsinin açılmasının zəruriliyi ilə razılaşıb və Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında, həmçinin Azərbaycan ərazisindən Ermənistanın ayrı-ayrı bölgələrinə və iki ölkənin kommunikasiya infrastrukturu ilə beynəlxalq daşımaların tranzitinin idarə olunması barədə əsas prinsiplər razılaşdırblar ki, burada da Bakının təqdim etdiyi sülh təklifi ilə bağlı əsas prinsiplərdən növbətisinin reallaşması üçün növbəti önəmli qərar gəlindiyi diqqətdən qaçmır. Bu isə yekunda Naxçıvan dəlizi ilə bağlı da işlərin sürətləndirilməsi, bu kommunikasiya xəttinin mümkün qədər tez istifadəyə verilməsi üçün Ermənistan qarşısında işlərin bir an öncə başlaması məqsədilə Qərbin növbəti tələbi də adlandırmaq olar. Şarl Mişel yekun bəyanatında onu da qeyd edib ki, iki ölkə liderləri Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh sazişinin müzakirələrini davam etdirmək üçün razılığa gəliblər. Hər kəsə məlumdur ki, sülh danışıqları və sülh sazişinin imzalanması uzunmüddətli prosesdir və tez bir şəkildə nəticənin əldə edilməsi gözlənilən deyil. Lakin, özü- özülüyündə görüşlərdə sülh ifadələrinin istifadəsi rəsmi İrəvana artqı Ai-nin də növbəti təzyiqi kimi qəbul edilə bilər. Görüşdə əsas diqqətlər isə Qarabağın "statusu" məsələsi ilə bağlı yekun qərarla bağlı idi. Öncədən də dəfələrlə rəsmi Bakı mövqeyini müxtəlif kürsülərdən açıq şəkildə bəyan edib və bu məsələdə qəti mövqe ortaya qoyub. Bu məsələdə də proses elə Bakının istəyinə uyğun şəkildə getdi. Bu kontekstdə Ermənistan Qarabağın dağlıq hissəsindəki ermənilərin "xalqların müqqədaratı, müstəqillik, siyasi status" kimi ifadələrdən imtina etdirildi ki, bu da növbəti Brüssel görüşündə Paşinyanın məğlubiyyətlə razılaşması demək idi. Ancaq bu dəfə Şarl Mişelin yekun açıqlamasında bir neçə yeni detal da diqqətdən yayınmadı. O bildirib ki, "Mən hər iki liderə müraciətlə vurğuladım ki, zənnimcə, Qarabağdakı etnik erməni əhalinin hüquqları və təhlükəsizliyi məsələsinin həll olunması vacibdir". Ş.Mişelin Qarabağdakı etnik erməni əhalinin hüquqları və təhlükəsizliyi məsələsinin həll olunmasının vacibliyini bildirməsi məsələsində əsasən səbəb ola bilər: Şarl Mişel bununla həm də Nikol Paşinyanı sakitləşdirmək, radikal müxalifətin ona qarşı təzyiqini neytrallaşdırmaq istəyir. Erməni baş nazir isə Brüssel görüşünün nəticəsini əlində rəhbər tutaraq Qarabağ ermənilərinin hüquq və təhlükəsizlik məsələlərinin yekun bəyanata salındığını bildirərək ona qarşı Ermənistanda hər gün artan təzyiqləri səngitmək fürsəti əldə etmiş olur. Burada maksimum mədəni strukturlaşmadan söhbət gedə bilər. Bunun qarşılığında 30 ildən sonra qədim Azərbaycan torpaqlarının İrəvanın siyasi diqtəsindən çıxaraq Bakının ağalığına tabe olması nəzərdə tutulur. Hər iki halda yekunda danışıqardan karlı ayrılan tərəf Azərbaycandır. Nəticədə Qarabağın dağlıq hissəsindəki ermənilər Azərbaycan vətəndaşı kimi Azərbaycan torpaqlarında yaşamaq hüququ qazana bilər. Təbii ki, buna ermənilərin razılaşıb o ərazilərdə qalıb, qalmayacağı da məlum deyil. Şarl Mişelin də bəyanatından o anlaşıldı ki, ən yaxşı halda ermənilərə belə bir haqq verilə bilər. Beləliklə, Qərb platformasında səsləndirilən fikirlərin hər birinin tamamilə Azərbaycanın lehinə olduğu təsdiqini tapır.
Aİ rəhbərinin belə bir təkliflə çıxış eyni zamanda Ermənistan hökümətinin son şansını da əlindən almaqla yanaşı, onları bəhanə fürsətindən də məhrum etmək deməkdir. Son Brüssel görüşü ilə Şarl Mişel Bakının təqdim etdiyi sülh təklifi çərçivəsində səsləndirdiyi yekun bəyanatla Ermənistanın manevr imkanlarını da sıfra endirdi ki, İrəvan bundan sonra əldə edilən razılaşmadan kənara çıxmaq üçün hər hansı bir bəhanə uydura bilməsin. Bununla da Avropa İttifaqı növbəti dəfə Ermənistana və Qarabağ ermənilərinə bəyan etmiş oldu ki, "sizin üçün ən yaxşı model Azərbaycanın diqtə etdiyi şərtləri qəbul edərək, bu ölkənin vətəndaşı kimi yaşamaq hüququ qazanasınız. Əks təqdirdə bundan da məhrum olacaqsınız". Beləliklə, Aİ prezidentinin bu təklifi irəli sürməklə Ermənistanı birdəfəlik Qarabağın "statusu" məsələsini gündəmə gətirməkdən məhrum etməklə yanaşı, Azərbaycana qarşı ərazi iddialarından yerli-dibli əl çəkmələrinə nail olmaq istədiyi diqqətdən yayına bilməz. Qalır Ermənistanın işləri sürətləndirməsi... Çünki bundan sonra çox güman ki, Qərb də Azərbaycanı inandıra bilməyəcək ki, Ermənistan ona təklif edilən şərtləri bundan sonra qəbul edə bilər. Belə olacağı təqdirdə isə Bakının hansı addımı atacağını həm Avropa İttifaqı, həm Rusiya, həm də revanşistlər çox yaxşı bilirlər. Çünki Azərbaycan danışıqlar prosesini dalana dirəyən Ermənistanın keçmiş vərdişi ilə daha 30 illər yaşamaq fikrində deyil. /Milli.az/