İldə 2 trilyon dollara yaxın pul “yuyulur”
Korrupsiyaya qarşı mübarizə məqsədi ilə yaradılan Beynəlxalq Şəffaflıq Təşkilatı tərəfindən hazırlanan “Pərdə” Şirkətlər Qlobal Hesabatı”, G20 Sammiti ərəfəsində Təşkilatın sədri Cobus de Swardt tərəfindən açıqlanıb. LONDON VƏ NYU-YORKDAKI YÜZ MİLYARDLARLA DOLLARLIQ ƏMLAKIN GİZLİ SAHİBLƏRİ VAR Hesabata görə, yalnız Hindistan və İngiltərə, şirkətlərin, səhmdarları və ya onları idarə edən xüsusi adamlar haqqındakı məlumatları qeyd etmələrini tələb edir.
Hesabata görə, ABŞ və Çin də daxil olmaqla G20 hökumətləri korrupsiyaya qarşı mübarizədə uğursuzdular.
Hesabata görə, şirkətlər yolu ilə ildə 2 trilyon dollara yaxın pul yuyulur. G20 ölkələri arasında yalnız İngiltərə, cinayətkarların sərvətlərini saxlamalarına mane olma məsələsində fəal səy göstərir.
Hesabata görə, dünyanın ən böyük iqtisadiyyatları olan ABŞ və Çin, “zəif çərçivə” kateqoriyasına düşərək ən pis performans nümayiş etdirən ölkələr arasına giriblər. Hesabatda, hər iki ölkənin də, şirkət və digər hüquqi şəxslərinin korrupsiya vasitəsi kimi istifadə edilməsinin qarşısını alacaq aktların qəbul edilməsi istiqamətindəki səylərini artırmalarının vacib olduğuna yer verilib.
Hesabatda, G20 hökumətlərinin şirkətlər, banklar və korrupsiyaya qarışan insanlar üzərindəki nəzarətlərini artırmalarının lazım olduğu ifadə edilib.
“Daha da narahat edici bir vəziyyət isə Nyu-york, Tokio, Şanxay və Sydney kimi maliyyə mərkəzlərini əhatə edən 8 G20 ölkəsində bankların pulun arxasındakı adamı tapmasalar belə prosesi tamamlaya bilmələridir” ifadələrinin istifadə olunduğu hesabata görə, 7 G20 ölkəsində dəllallar əmlak satış və alışlarının arxasındakı fiziki şəxsləri müəyyən etmək məcburiyyətində deyillər. Bunun nəticəsi olaraq, London və Nyu-yorkdakı yüz milyardlarla dollarlıq əmlakın gizli sahibləri var.(Azərtaym.az)