MİT-dən DAHA BİR KRİTİK ƏMƏLİYYAT - Terrorçuların rəhbər şəxslərindən biri belə məhv edildi + FOTO (Yenilənib)
Türkiyənin Milli İstihbarat Təşkilatının (MİT) İraqın şimalında keçirdiyi antiterror əməliyyatı nəticəsində PKK/KCK terror qruplaşmasının rəhbər şəxslərindən sayılan Emre Şahin məhv edilib. "AzPolitika.info" xəbər verir ki, bu barədə məlumatı Türkiyənin "Sabah" qəzeti yayıb. Rodi kod adlı Emre Şahin terror qruplaşmasının kommunikasiya məsələləri üzrə “rəhbər şəxsi” olub. Belə ki, o, PKK/KCK-nın kommunikasiya sistemlərində istifadə olunan proqramları yazan və təşkilatın başçılarından Murat Karayılanın göstərişi ilə gizli ünsiyyət proqramları üzərində işləyən, rabitə infrastrukturuna cavabdeh olan "xüsusi təyinatlı qüvvələrin" rəhbəri olub. Onun necə öldürüldüyünə dair detallar da ortaya çıxıb. Məlumata gör, MİT-in sahə agentləri PKK terror təçkilatının rabitə infrastrukturunda nasazlıq yaradıb. Bundan sonra nasazlığı aradan qaldırmaq üçün Şahinin gizləndiyi "yuvasından" çıxmasına icazə verilib. MİT əməkdaşları da xüsusi əməliyyatla onu İraqın Qare bölgəsində iş başında cangüdəni ilə birlikdə məhv edib. Qeyd edək ki, terror təşkilatında ən yaxşı proqram təminatçısı kimi tanınan Rodi kod adlı Emre Şahin 2014-cü ildə PKK/KCK- ya qoşulub. Emre Şahin əvəllər PKK/KCK-ya paralel olaraq fəaliyyət göstərən Əskişəhər Demokratik Tələbə Dərnəyi (EDÖDER) və Yurtsevər İnqilabçı Gənclik Hərəkatı (YDG-H) adı ilə fəaliyyət göstərən radikal təçkilatlarda müxtəlif vəzifələrdə çalışıb. Şahin PKK/KCK-ya qoşulduqdan sonra Şırnak çölündə terrorçularla mübarizə aparan təhlükəsizlik qüvvələrinə qarşı müxtəlif fəaliyyətlər həyata keçirib. 2019-cu ildə İraqa gedən terrorçu İraqın şimalında detonator və partlayıcı maddələrin istehsalı üzərində işlədikdən sonra 2020-ci ildə PKK-nın "xüsusi təyinatlı qüvvələri"ndə məsul vəzifəyə təyin edilib. PKK terror təşkilatı üzvlərinin istifadə etdiyi şifrəli ünsiyyət üsullarını inkişaf etdirdikdən sonra təşkilatın haker bölməsinə "rəhbərlik" edən terrorçu, rabitə sistemində istifadə edilən proqramları yazmağa başlayıb. Təşkilatın kommunikasiya infrastrukturunu quran və fəaliyyətindən məsul olan Emre Şahin Milli İstihbarat Təşkilatı tərəfindən hədəf siyahısına daxil edilib. MİT PKK "liderlərindən" biri olan Murat Karayılana bağlı olan terror təşkilatı üzvlərinin gizli ünsiyyət üsulları üzərində işləyən terrorçunu zərərsizləşdirmək üçün fərqli yol izləyib. Şimali İraqdakı Qare bölgəsində olduğu təsbit edilən terrorçunun zərərsizləşdirilməsi üçün MİT-in İraqın Qare bölgəsindəki sahə agentləri hərəkətə keçirib. Emrə Şahinin fəaliyyət sahəsinə sızmaq üçün xüsusi olaraq təyin edilmiş sahə agentləri təşkilatın kommunikasiya infrastrukturunu zədələyib. Nasazlığı aradan qaldırılması Emre Şahinə tapşırıldıqdan sonra əməliyyat düyməsi basılıb. Nasazlığı aradan qaldırmaq üçün yola çıxan Emre Şahin MİT-in uğurlu əməliyyatı ilə məhv edilib