"VAQNER" RUS ORDUSUNUN 2 HELİKOPTERİNİ VURUB - "25 min nəfər ölməyə hazırıq..."

“Vaqnerçi”lər atəş açan Rusiya ordusuna məxsus 2 helikopteri vurublar.

“Report” xəbər verir ki, bunu “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin bildirib.

Onun sözlərinə görə, Rusiya ordusunun helikopteri mülki karvana hücum edib, bundan sonra o, “Vaqner”in muzdluları tərəfindən vurulub.

“Moskva şossesində hücum dəstələrindən birinə helikopterdən atəş açılıb. “Vaqner” PMC-nin bölmələrində hamı salamatdır, helikopter vurulub, meşə zolağında yanır. Hədəflərimiz var, hamımız, 25 min nəfər ölməyə hazırdır”, - E.Priqojin bildirib.

Onun sözlərinə görə, “Vaqnerçi”lər təhdid kimi qəbul etdiyi hər şeyi məhv edəcəklər.

“Federal Təhlükəsizlik Xidmətinə məxsus bir pilot havaya qalxmaqdan və zərbə endirməkdən imtina edib”.






Fikirlər