Bakı ermənilərin “humanitar böhran” mifini məhv etdi – Korotçenkodan açıqlama
“Azərbaycanın Qarabağ ermənilərinə humanitar yardım çatdırması sağlam, məsuliyyətli dövlətin sağlam jestidir”. Bunu Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko deyib. Onun sözlərinə görə, Bakı dünya ictimaiyyətinə mümkün qədər nümayiş etdirir ki, məsələ Laçın yolunun qondarma “blokadası” deyil - Qarabağ ermənilərini ərzaqla təmin edən yol var: “Amma Azərbaycan ərazisinin bu hissəsini saxlamaq separatçıların kinli istəyidir”. Korotçenko bildirib ki, erməni sakinlər hakimiyyəti qəsb etmiş bu qruplaşmanın girovu kimi çıxış edirlər: “Separatçıların başçıları əhalinin ehtiyacları ilə maraqlanmır. Bütün bunların arxasında daha bir şounun arxasında beynəlxalq erməni diasporunda və İrəvandakı separatçılar, eləcə də revanşist qüvvələr dayanır. Əminəm ki, Qarabağda yaşayan ermənilərin əksəriyyəti Azərbaycandan humanitar yardım almağa şad olardılar”./Ölkə.Az