“Azəristiliktəchizat” ASC-dən şikayətlər artır - Narazılıq

“Azəristiliktəchizat” ASC-dən şikayətlər artır - Narazılıq
Paytaxt Bakını noyabr ayının 15-dən istiliklə təmin etməli olan “Azəristiliktəchizat” ASC-nin bir çox qazanxanaları qış fəslinə hazırsızlıq vəziyyətindədir. Ötən illərdə yeni xəttlər çəkilməsinə baxmayaraq əhalini istiliklə təmin etmək müşkülə çevrilib.

Faktinfo.az saytının elektron poçtuna Nizami rayonu Ş.Mirzəyev 70, 72, 65a binalarının sakinləri adından şikayət daxil olub.Sakinlər bildirirlər ki, bir neçə dəfə “Azəristiliktəchizat” ASC-nin ərzidə olan qazanxanasında olublar. Onlara söz verilsə də,istiliyə olan tələbatın ödənilməsi hələ də həyata keçirilməyib. Sakinlər Prezident Adminstrasiyasına şikayət etməyi qərara alıblar.

Məlumat üçün onu da bildirək ki, bir müddət öncə Faktinfo.az saytı məlumat əldə etmişdi ki, bu qış paytaxt əhalisinin istiliyə olan tələbatının yerinə yetirilməsində problem yaranacaqdır. Səbəb kimi “Azəristiliktəchizat” ASC-nin “Azəriqaz” ASC-yə olan külli miqdarda borcunu ödəməməsi göstərilirdi.

Məlumatda “Azəristiliktəchizat” ASC-də külli miqdarda dövlət vəsaitinin israfçılıq yolu ilə mənimsənilməsi ilə baglı Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin ASC-də yoxlamalar apara biləcəyi belə istisna edilmirdi.






Fikirlər