MİT Suriyada əməliyyat keçirdi: PKK lideri məhv edildi
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) xüsusi əməliyyat keçirib. "TRT Haber" xəbər verir ki, əməliyyat Suriyanın şimalındakı Kamışlıda gerçəkləşdirilib. Əməliyyat çərçivəsində PKK terror təşkilatının "rəhbər şəxs"lərindən biri - "pul trafiki üzrə məsul şəxs" Remziye Altığ zərərsizləşdirilib. Hazırda araşdırmalar davam etdirilir. Bildirilib ki, bundan sonra da oxşar əməliyyatlar keçiriləcək.