MİT İraq və Suriyada əməliyyat keçirdi: 5 PKK-çı məhv edildi...

MİT İraq və Suriyada əməliyyat keçirdi: 5 PKK-çı məhv edildi

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriya və İraq ərazilərində PKK terrorçularına qarşı əməliyyat keçirib.

 

 Əməliyyat nəticəsində PKK terror təşkilatının 5 üzvü məhv edilib. Onların ikisinin təşkilatda  "yüksək vəzifə" tutduğu bildirilir.

Türkiyə ordusuna qarşı hava zərbələrinin endirilməsini təşkil edən PKK-çı Osman Mutlu və terror təşkilatının propoqanda fəaliyyəti üzrə "məsul şəxsi" Songül Tarıncı, habelə birincinin 1, ikincinin isə 2 mühafizəçisi yüksək dəqiqlikli nöqtə zərbələri ilə zərərsizləşdiriliblər. /Yenisabah.az






Fikirlər