Ramil Usubovdan YENİ TƏYİNAT
Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi həyata keçirilib. Azərtaym.az azvision.az-a istinadən xəbər verir ki, daxili işlər naziri general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə Yasamal Rayon Polis İdarəsinin rəis müavini, polkovnik-leytenant Cavid Muradov Mingəçevir Rayon Polis İdarəsinin rəisi təyin edilib. Qeyd edək ki, Mingəçevir Rayon Polis İdarəsinin rəisi Ələsgər Bədəlov pensiya yaşına çatdığına görə vəzifəsindən uzaqlaşdırılmışdı.