Bayden Kamala Harrisin namizədliyini dəstəklədi...
Seçki yarışından geri çəkilən ABŞ Prezidenti Cozef Bayden prezident seçkilərində Demokratlar Partiyasının namizədi olaraq vitse-prezident Kamala Harrisi dəstəklədiyini açıqlayıb. "Ölkə.az" xəbər verir ki, bu barədə o, "X" səhifəsindəki paylaşımında bildirib. "2020-ci il seçkilərində partiyanın namizədi kimi ilk qərarım Kamala Harrisi vitse-prezident seçmək oldu. Bu, verdiyim ən yaxşı qərar idi. Bu gün partiyamızın namizədi olaraq onu tam dəstəklədiyimi bəyan edirəm. Demokratlar, birləşmək və Trampı məğlub etmək vaxtıdır", - paylaşımda deyilir.