Türk qadın ABŞ-da prezident seçkilərində ilkə imza atdı

Türk qadın ABŞ-da prezident seçkilərində ilkə imza atdı

ABŞ-ın Nyu-Cersi ştatında yaşayan iş xanımı Dərya Taşkın  538 nümayəndədən ibarət Seçki Şurasına Demokratlar Partiyası adından təyin olunan ilk türk mənşəli qadın olub.

“Qafqazinfo” xəbər verir ki, o, həmin ştatda Co Bayden və köməkçisi Kamala Harris adına səs verəcək 14 nümayəndədən biri seçilib.

Taşkın 25 ildir ABŞ-da yaşayır və qalib olan Demokratlar Partiyasında müxtəlif vəzifələrdə çalışıb.

 

Qeyd edək ki, Amerika qanunlarına görə, seçkilərdə qalib gəlməsi üçün namizədlərdən biri seçilmiş nümayəndələrin yarısından çoxunun (538 nümayəndənin 270-nin) səsini almalıdır. Əgər bu olmasa, yəni namizədlərdən biri 50+1 nümayəndə səsini qazana bilməsə, o zaman yeni prezidenti Konqres seçir.






Fikirlər