Trampın ən təhlükəli rəqibinin adı SEKS QALMAQALINDA...

2020-ci il prezident seçkilərində Donald Trampın əsas rəqiblərindən olacaq demokrat namizəd Kamila Harrisin adı qalmaqala qarışıb.

 Modern.az Qərb KİV-nə istinadən xəbər verir ki, San-Fransiskonun keçmiş meri Villi Braun demokrat namizədlə eşq yaşadığını və Harrisin siyasətdə ilk addımlarına yardım etdiyini açıqlayıb.

 ABŞ mətbuatında onu “Donald Trampın ən təhlükəli rəqibi”, yaxud “Barak Obamanın qadın versiyası” adlandırırlar.

 Yanvarın 21-də rəsmən prezidentlik ambisiyalarını elan edən Harrisin adının seks qalmaqalında hallanması onun bu ambisiyalarına ağır zərbə vurur.

Bəli, biz görüşürdük. Bu 20 il əvvəl olub. Mən çox güman ki, onun karyerasına təsir göstərmişəm. Kaliforniya senatının spikeri olan zaman onu 2 dövlət komissiyasına üzv təyin etmişəm. Həmçinin, San-Fransisko dairəsinin prokuroru olması üçün də böyük xidmətlərim olub-deyə Villi Braun “San Francisco Chronicle” qəzetindəki köşəsində yazıb.

 Kamila Harris immiqrant ailəsində andan olub. Onun valideynləri Hindistan və Yamaykadan köç ediblər. Əgər Harris seçkilərdə qalib gəlsə, ABŞ tarixində ilk Asiya mənşəli prezident və ikinci qaradərili dövlət başçısı olaraq tarixə düşəcək.

 Yanvarın 27-də doğma Kalifoniya ştatının Oklend şəhərində seçicilər qarşısına çıxan Harris “xalq üçün” şüarı ilə prezidentlik kampaniyasına başlayıb.   

“Biz ABŞ demokratiyasının ciddi təhlükə altında olmasına görə bura toplaşmışıq”-deyə Harris öz tərəfdarlarına səslənmişdi və Trampı nəzərdə tuturdu.

 Ölkənin müxtəlif konfessiya və irqlərindən tərəfdarlar toplayan namizəd 2010-cui ildə Kaliforniya tarixində ilk qadın və qaradərili prokuror seçilmişdi. 6 il sonra isə o, bu ştatdan Senata seçilən ilk qaradərili qadın kimi tarixə düşüb.

 Digər tərəfdən, Kamila Harris “erməni soyqırımı”nı tanıyır və hər il 24 apreldə Kaliforniyadakı ermənilərə dəstək nümayiş etdirir.

Keçmiş mer Villi Braunla sevgi münasibətlərinin ortaya çıxması Kamila Harrisin elektoratına ağır zərbə vursa da, xanım siyasətçinin yaxın 1 il ərzində öz reputasiyasını bərpa etmək üçün müəyyən addımlar atacağı məlumdur.  






Fikirlər