"Qisas çox ağır olacaq və bütün İsraili lərzəyə gətirəcək" - "Hizbullah"

İsrail Müdafiə Ordusu şeyx Həsən Nəsrullahın aradan götürüldüyünü bəyan edir, "Hizbullah" ziddiyyətli siqnallar göndərir...
 
"Hizbullah" lideri öldürülüb, yoxsa sağdır?
 
İsrail Müdafiə Ordusu "Hizbullah" lideri şeyx Həsən Nəsrullahın aradan götürülməsi əməliyyatının uğurla həyata keçirildiyni təsdiq edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "vesty.co.il" nəşri məlumat yayıb.
 
Məlumatda deyilir ki, "Hizbullah" lideri ilə yanaşı təşkilatın Cənub cəbhəsinin rəhbəri Əli Karxi də qətlə yetirilib.
 
İsrail Müdafiə Ordusu Nəsrullahın Dəhayədə "Hizbullah"ın digər liderləri ilə birlikdə yaşayış evinin altındakı bunkerdə olduğu barədə kəşfiyyat məlumatlarına malik olub.
 
Rusiya "Hizbullah"ın terrorçu təşkilat olduğu iddiaları rədd edir və onu legitim ictimai-siyasi təşkilat hesab edir. Çin bu məsələdə neytral mövqe sərgiləyir və "Hizbullah" ilə təmasları var.
 
"Nəsrullah 32 il ərzində "Hizbullah" təşkilatına rəhbərlik edib və İsrailə qarşı törədilən cinayətlərə görə məsuliyyət daşıyır. O, strateji və taktiki qərarlar qəbul edən şəxs olub", - İsrail Müdafiə Ordusunun bəyanatında deyilir.
 
İsrail Hərbi-Hava Qüvvələri həmçinin Suriyanın cənubunda Colan təpələrinə atəşlərə görə məsuliyyət daşıyan Əhməd Məhəmməd Fəhdini də məhv edib.
 
"İsrail Müsafiə Ordusu harada olmalarına rəğmən, HƏMAS terrorçularının məhvetmə əməliyyatlarını davam edəcək", - bəyanatda deyilir.
 
"Hizbullah"' ziddiyyətli siqnallar göndərir: Nəsrullah sağdır, amma İsrailə cavab sarsıdıcı olacaq...
 
"İsrail Beyrutun cənubunda "Hizbullah"ın hərbi qərargahını bombalamaqla hərbi cinayət törədib. Bu zərbə qruplaşmanın baş katibi Həsən Nəsrullaha hədəflənib, onun taleyi barədə hələlik dəqiq məlumat yoxdur", - bunu Livanın "Əd-Diyar" qəzeti yazıb.
 
Nəşr qeyd edir ki, "Hizbullah" hələlik hər-hansı bəyanatlar verməyib, lakin təşkilatın nümayəndələri nəşrə məlumat verib ki, bu zərbəyə görğ qisas genişmiqyaslı, sərt olacaq və bütün İsraili lərzəyə gətirəcək.
 
Eyni zamanda "Hizbullah"a yaxın mənbə "Reuters" agentliyinə məlumat verib ki, Nəsrullah sağdır. Bu barədə həm də İranın "Təsnim" agentliyi yazıb.
 
"Livan müqavimət hərəkatının yüksək vəzifəli liderlərindən heç kim sionist rejiminin terror hücumu nəticəsində həlak olmayıb. Sionistlərin əməliyyatı iflasa uğrayıb", - İran nəşri yazıb.
 
Lakin dünən axşam İranın Ali dini lideri atətüllah Əli Xamenei öz iqamətgahında Milli Təhlükəsizlik Ali Şurasının təcili toplantısını keçirib. Bunun təsadüfi olduğu şübhə doğurur.






Fikirlər