Komitə sədri sabiq deputata vəzifə verdi - Arif Əşrəfov yenidən aparat rəhbəri oldu
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə yeni aparat rəhbəri təyin olunub. Məlumata görə, Komitə sədri Ramiz Həsənovun müvafiq əmrinə əsasən, bu vəzifəyə Arif Əşrəfov gətirilib. A.Əşrəfov noyabrın 1-də V çağırış Milli Məclisə keçirilən seçkilərdə 63 saylı Sabirabad Birinci Seçki Dairəsindən deputat seçilən Elçin Quliyevi əvəz edib. Dövlət qulluğu haqqında” qanunun tələbinə əsasən, E. Quliyevin fəaliyyətinə xitam verilib. Maraqlıdır ki, A.Əşrəfov IV çağırış Milli Məclisin deputatı olub. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat katibi Fazil Talıblı faktı təsdiqləyib.apa.az Azərtaym.az mia.az-a istinadən onu da bildirir ki, A.Əşrəfov deputat olana qədər də Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Aparatının rəhbəri olub. O, 2010-cu ildə Xaçmazdan deputat seçildiyi üçün postundan gedib və həmin tarixdən də hazırkı deputat Elçin Quliyev Aparat rəhbəri kimi onu əvəz edib. İndi isə əksinə olub. Arif Əşrəfov deputatlıqdan köhnə vəzifəsinə, Elçin Quliyev isə Aparat rəhbərliyindən Milli Məclisə gedib...