ANASI ERMƏNİ SABİQ İDARƏ RƏİSİ İŞÇİLƏRİ DƏ ALDADIB – 600 fəhlə pulunu tələb edir
«Bizi aldatdılar ki, əmək müqaviləsi bağlayacaqlar. Adımıza hesab açacaqlar, maaş kartı verəcəklər. Qrupumuzda 600-ə yaxın işçi çalışırdı. Bizi Bayıl qəsəbəsində «Şanxay» deyilən ərazidə aylarla işlətdilər. Pulumuzu vermədilər. İndi də deyirlər, «şirkət sahibsiz qalıb». Pul üçün kimə müraciət edəcəyimizi bilmirik».Bunu AzadlıqvRadiosunun «Qaynar xətt»inə bu ilin martında «Azimport» şirkətinin layihəsində işləmiş Tağı Kərimov deyir. «600 FƏHLƏDƏN HARA QƏDƏR QAÇACAQLAR?» Onun sözlərincə, martda şirkət azı 600 fəhləni Bayılda, «Şanxay» deyilən ərazidə fəhlə kimi işlədib, pullarını isə verməyib: ««Azimport» şirkəti ilə danışığımıza əsasən, Bayıl qəsəbəsi, «Şanxay» deyilən ərazidə evlərin ağardılması və dam örtüklərinin boyanması işlərinə başladıq». PULLAR AVROPA OYUNLARINA XƏRCLƏNİB? Bayıldakı «Şanxay» layihəsində çalışan digər fəhlə Qulu Həsənov deyir, sonuncu dəfə üç ay əvvəl şirkətə pulu üçün gedəndə ona bildiriblər ki, fəhlələrə ödənilməli olan pullar Avropa Oyunlarına xərclənib: «BURADA KÜTLƏVİLİK VAR» «Azimport» şirkəti 2004-cü ildən, əsasən dövlətin maliyyəsi ilə fəaliyyət göstərib. Adı irihəcmli tikinti layihələrində keçir. Dövlət Bayrağı Meydanı İdarəsinin rəisi, «Azimport» şirkətinin sahibi Rəşad Məmmədov həbs olunduqdan sonra şirkətin fəaliyyəti də faktiki dayandırılıb. Bir müddətdir ki, şirkətdən zəngləri cavablandıran yoxdur. Son vaxtlar şirkətin adı təkcə qanunsuz söküntü məsələlərində yox, həm də müxtəlif layihələrdə minlərlə fəhləni işlədib məvaciblərini ödəməməkdə hallanır. Onu da qeyd edək ki, virtualaz.org saytı R.Məmmədovun anasının erməni olduğunu iddia edib: “R.Məmmədovun anasının gerçək adı belədir: Aida Stepanovna Martirosova. Bu qadın Bakı sakinidir”. Maraqlıdır ki, Eldar Mahmudov işdən çıxarıladan, MTN-dəki bandanın cinayətləri açılandan sonra R.Məmmədov da aktivləşib. Onun da adını günahsız həbs edilənlərin siyahısına yazdırmağa çalışdığı müşahidə olunur. Bacaracaqmı, inanmaq çətindir. Rasim
Şikayətçilərin dediklərinə görə, dam örtüyünün bir kvadratmetrini 60, divarları 30 qəpiyə işləməyə razılaşıblar. İki aya işləri başa vurublar. Zəhmət haqlarının az hissəsi ödənilsə də, qalan hissəsi verilməyib.
Fəhlə İsmayıl Səfərov: «Bizi süründürdükcə anladıq ki, əslində elə pulumuzu verməmək üçün bizimlə nə əmək, nə də xidməti müqavilə bağlayıblar. 6 aydır bilmirik ki, pulumuzu kimdən tələb edək. Hamısı qaçıb gizlənib. 600 fəhlədən hara qədər qaçacaqlar axı?.. Qorxmurlar ki, bu 600 nəfər toplaşıb Prezident Administrasiyasına yürüş etsə, onların vəziyyəti daha da ağır olacaq?».
«Şirkətin qarşısında dəfələrlə polis zorakılığına məruz qalmışıq. Şirkətin rəhbərlərindən olan Azər Əsgərov bizi «zibil tör-töküntüləri» adlandırıb, qapıdan qovub. Biz də Prezident Administrasiyasının qarşısına getmişik, Baş Prokurorluqda olmuşuq, heç bir nəticəsi olmayıb».
Fəhlə deyir ki, banklara olan borcunu qaytarmaq üçün müqaviləsiz işləməyə razılaşmaq məcburiyyətində qalıb. Ancaq, əksinə, vəziyyəti daha da ağırlaşıb.
Hüquqşünas Fuad Hüseynov deyir, məsələnin həlli məhkəmədən keçir: «Əlbəttə, söhbət bir-iki fəhlədən getsəydi, tərəflər arasında müqavilə olmadığına görə həmin bir-iki iddiaçı şirkət tərəfindən fəhlə kimi işlədildiyini çətinliklə sübuta yetirə bilərdi. Çünki müqavilə yoxdursa, iddiaçı gərək başqa sübutlar təqdim edə. Məsələn, işlədiyini sübut edən foto, video, yaxud iş yoldaşlarının şahidliyi və s. Ancaq söhbət 600 nəfərin işindən gedirsə, burada kütləvilik var. Yəni, hətta müqavilə olmasa da, fəhlələr işlədiklərini çox asanlıqla məhkəmədə sübut edə biləcəklər. Odur ki, məhkəməyə müraciət etsinlər».
Elə fəhlələrdə qısa zamanda pulları ödənilməsə, «Azimport»a qarşı məhkəmə davası açacaqlarını bildirirlər.(azadlıq.orq)
Bakının yarısını heç bir qanuna məhəl qoymadan buldozerlə yerlə-yeksan edib dağıdan, heç kəsə kompensasiya vermədən insanları halal evlərindən və ofislərindən küçəyə atan , həttafəhlələrin pulunu belə mənimsəyən R.Məmmədov anasının sənədlərini də saxtalaşdırıb, ermənini bu yolla “azərbaycanlıya” çevirib. Belə cinayətlərə, dövlət sənədlərini saxtalaşdırmağa görə isə çox ağır cəzalar nəzərdə tutulur!
AzPolitika.info