Azərbaycanda DOLLAR yenidən BAHALAŞDI
Bu gün yanvarın 11-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi möhkəmlənib. XəzərNews.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) yanvarın 12-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi yanvarın 11-i ilə müqayisədə 0,0043 manat və ya 0,27% artaraq 1,5685 manat olub. Xatırladaq ki, Mərkəzi Bank tərəfindən müəyyən edilmiş yeni məzənnə siyasəti rejiminə uyğun olaraq tələb və təklif nəzərə alınmaqla yanvarın 11-də manatın ABŞ dollarına nisbətən rəsmi məzənnəsi 12 yanvar 2016-cı il tarixi üçün 1,5685 manat səviyyəsində müəyyənləşdirilib. Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası da 0,02% və ya 0,0003 manat azalaraq 1,7069 manata düşüb. Manata nəzərən Rusiya rublunun məzənnəsi 0,0003 manat və ya 1,44% azalaraq 0,0205 manat səviyyəsində qərarlaşıb.(apa) 1 USD1.5685 1 EUR1.7069 1 RUB0.0205