Dollar-manat nisbəti: kurs artır
Bu gün də Azərbaycanda 1 ABŞ dollarının manatla nisbətdə rəsmi məzənnəsi cüzi möhkəmlənib.
Azərbaycan Mərkəzi Bankının (AMB) fevralın 25-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkədə dolların rəsmi məzənnəsi 1,0502 manat səviyyəsində müəyyən edilib.
Xatırladaq ki, fevralın 21-dən 24-dək 1 dollar 1,0500 manat idi.Ötən gün isə 1 dollar 1,0501 manat olub.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0008 manat və ya 0,07% bahalaşaraq 1,1914 manat olub.Qeyd edək ki, son 3 gün ərzində 1 avro 1,1950 manat olub. Ötən gün isə 1 avro 1,1906 manat idi (APA).