“BİTDİ, NƏ ADDIM ATASIYAM?”

“Bitdi, nə addım atasıyam?”

 Texnikabank”ın idarə heyətinin sədri Etibar Əliyev:

 

“Qərar varsa, biz də məsələni o cür həll edəcəyik”

 

 

Xəbər verildiyi kimi, Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin qərarı ilə "Texnikabank" ASC-nin bank fəaliyyətinə verilən lisenziyası ləğv edilib. 
Bankın idarə heyətinin sədri Etibar Əliyev musavat.com-a bildirdi ki, hazırda lazım olan prosedurları yerinə yetirirlər: “Əlavə nə addım atacam? Əgər qərar varsa, bank bağlanıbsa, biz də məsələni o cür həll edəcəyik. Bitdi. Nə addım atasıyam? Başımı divara vuracam, ya üsyan edəcəm? Heç nə etmək fikrim yoxdur”. 
E.Əliyev əmanətçilərlə bağlı atılacaq addımlar, habelə əhalinin müraciəti ilə əlaqədar sualları isə cavablamadı. 
Xatırladaq ki, ötən ilin oktyabr ayının 27-də E.Əliyev "Texnikabank"ın rəhbərliyinə yenidən qayıtmış və bankı inkişaf etdirmək üçün bir sıra yeniliklərə imza atmış, yeni layihələrin həyata keçirilməsinə start vermişdi.
 müsavat.com






Fikirlər